Azərbaycanın “R.I.S.K.” şirkəti “Cisco”-nun “Advanced Borderless” statusunu alıb

18-03-2013 / 12:24
Azərbaycanın “R.I.S.K.” şirkəti fəaliyyətini genişləndirməyə imkan verən “Cisco”-nun “Advanced Borderless” statusunu alıb.
ictnews.az saytının verdiyi məlumata görə şirkətin mətbuat xidmətinin məlumatına əsasən, “R.I.S.K.” bu ixtisaslaşma səviyyəsinə nail olmaq üçün peşəkar hazırlıq, proqram təminatı, layihələndirmə və kompleks həllərini genişləndirmək üzrə “Cisco”nun tələblərinə cavab vermək üçün bütün şərtləri yerinə yetirib.
Hazırda “R.I.S.K.” Azərbaycanda bu ixtisaslaşmaya cavab verən yeganə şirkətdir və bu mövqeyini qoruyub saxlamaq üçün səy göstərməkdə davam edir. “Cisco Advanced Borderless” şəbəkə arxitekturası müştərilərin geniş çeşid tələblərinə cavab verməyə imkan verir.
“Borderless” şəbəkə arxitekturu təşkilatlara “Cisco”nun istənilən texniki arxitekturuna istənilən yerdən, qurğudan və istənilən vaxt təhlükəsiz, etibarlı və asan doğulma imkanı təqdim edir. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə