Bakıda Avropa qurumları ilə birgə ifadə və media azadlığı müzakirə edilib 

02-09-2016 / 18:46

Bakıda Bakıda Avropa İttifaqı və Avropa Şurasının dəstəklədiyi İfadə Azadlığı və Media Azadlığı layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Xeberler.az-ın məlumatına görə,  Layihənin Rəhbər Komitəsinin bu gün keçirilən toplantısında  2015-2016-cı il üçün layihənin fəaliyyətinin yekunları təqdim edilib.

Tədbirdə həmçinin layihə üzrə Azərbaycanda 2016-2017-ci il üçün planlaşdırılan işlər barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, qarşıdakı ildə əsasən Diffamasiya qanunu layihəsi üzərində iş, BDU-da yeni kurriklum istifadəsi, jurnalistlər və bloqerlər üçün internet və Avropa standartaları mövzusunda təlim , hakimlər və vəkillər üçün təlimlər və digər fəaliyyətlər nəzərdə tutulur.

Məlumatları layihənin proqram meneceri Leila Marşania, Avropa İttifaqı Nümayəndliyindən  proqram meneceri Alexndra Nerisanu, Prezident Administrasiyasından Vüqar Səlimov , Avropa Şurasında proqram meneceri Pərvanə Bayramova təqdim edib. Daha sonra görülmüş işlər və qarşıdakı fəaliyyətlə bağlı müzakirələr aparılıb. 

Tədbirdə iştirak edən media ekspertləri, QHT rəhbərləri və mütəxəssislər  layihə çərçivəsidə görülən işlərə münasibət bildirib və Azərbaycanda ifadə və media azadalığı, informasiya əldə etmək və jurnalistlərin təhlüksizliyi, bu sahədə mövcud problemlər və onların aradan qaldırılması ətrfında təkliflər irəli sürüb.
Tədbir Holiday İnn oteldə baş tutub


Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.