Previous Next
Bağla

Starsburqda internet təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilir-Foto

09-09-2016 22:36
Starsburqda internet təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilir-Foto

Fransanın Starsburq şəhərində  bu gün “İnternet azadlığı-Avropadakı demokratik  təhlükəsizliyin daimi faktoru kimi” adlı beynəlxalq konfans öz işinə başlayıb.

Xeberler.az məlumat verir ki, Avropa Şurası Nazirlər komitəsinə hazırda sədrik edən Estoniyanın  və ATƏT-ə bu il sədrlik edən Almaniyanın, o cümlədən Avropa Şurasının birgə təşkilatçılığı ilə baş tutan konfransda Avropa və dünyanın bir sıra aparıcı ölkələrindən çoxlu sayda mütəxəssis, ekspert  və rəsmi nümayəndə iştirak edir.

Azəbaycanı isə tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər  şöbəsinin baş məsləhətçisi  Ceyran Əmiraslanova, Rabitə və Yüksək texnologiyalar  nazirliyinin hüquq şöbəsinin baş məsləhətçisi Bəxtiyar Məmmədov və beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi  Xəyalə Paşazadə, o cümlədən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyevdən, ekspert Seymur Kazımov  ibarət nümayəndə heyəti təmsil edir.

Tədbirin məqsədi fundamental azadlıqlardan onlayn şəkildə bəhrələnmək, internet azadlığı üzrə birgə öhdəliyin təşviqi üçün iştirakçıları bir araya gətirmək, səmərəli implementasiya üçün ən yaxşı təcrübələri müəyyənləşdirməkdən ibarətdir. Tədbirdə AŞ-ın Baş katibi Törbyorn Yaqland, ATƏT-in kütləvi informasiya  vasitələri  azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç və digərləri çıxış edərək internet imkanları, onun səmərəli tərəfləri və mənfi təsirləri haqqında fikirlərini bildiriblər. Bununla yanaşı media sahəsində çalışanların internetin mütəmadi yenilənən imkanlarından daha səmərəli istifadə etməyi tövsiyə ediblər.

Tədbir iştirakçıları ilə birbaşa ünsiyyət qurmaq imkanı qazanan Azərbaycan nümayəndə heyətinin üzvləri isə onlara Azərbaycanda internetin səviyyəsi və ondan istifadə olunması imkanları haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan  son 10 ildə Azərbaycanda internet resusları sürətli inkişaf yolu keçib və ölkəmizdə internetə çıxışa və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmur.

İfadə azadlığı, plüralizm və cəmiyyətin inkişafı üçün vacib olan digər şərtlər obyektiv məlumatın əldə edilməsində  mühüm amil olduğundan  media, vətəndaş cəmiyyətinin inkişafında və demokratik sistemlərin tərəqqisində internetdən və sosial şəbəkələrdən lazımınca istifadə vacibdir. Azərbaycanda internet azadlığı təmin olunub, insanlar internetdən azad şəkildə istifadə edirlər, sosial şəbəkələrə heç bir məhdudiyyət yoxdur.(Eurasia Diary

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda İnternet idarəçiliyi mövzusunda konfrans keçiriləcək

27-02-2016

“Azərbaycanda İnternet Medianın Tənzimlənməsi” mövzusunda konfrans keçirilib

04-06-2009

İnternetdə plüralizmin inkişafı məsələləri müzakirə olundu

20-10-2011

Bakıda ənənəvi və onlayn media müzakirə edilib

17-07-2012

Bakıda İnternet idarəçiliyi mövzusunda konfrans keçirilir- Fotolar

01-03-2016

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

03-05-2016

NRYTN-nin hüquq şöbəsinə yeni müdir təyin edilib

16-07-2021

Azərbaycan Regional Rabitə Birliyinin iclaslarında təmsil olunacaq

02-05-2015

“İfadə Azadlığı və Media Azadlığı” layihəsinin təqdimatı keçirilir

29-09-2015

Media ilə bağlı kitabların təqdimat mərasimi keçiriləcək

09-12-2009

MŞ sədri Haraştinin Azərbaycanda medianın vəziyyəti ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib

11-09-2009

““Diffamasiya haqqında” qanunun qəbul edilməsi əks effekt yarada bilər”

31-05-2016

 Bakıda Avropa qurumları ilə birgə ifadə və media azadlığı müzakirə edilib 

02-09-2016

Estoniyada İnternet İdarəçiliyi üzrə beynəlxalq konfrans keçirilir-Foto

07-06-2017

Bakıda ifadə və media azadlığına dair təqdimat olacaq

28-09-2015

CASCFEN növbəti ifadə azadlığı seminarını İsmayıllıda keçirib

05-08-2015

Fransada Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

15-11-2018

CASCFEN Tərtərdə ifadə azadlığı seminarı keçirib

01-08-2015

Azərbaycan Parlamenti "Diffamasiya haqqında" qanun layihəsini qəbul etməyə hazırdır.

02-07-2010

Avropa İttifaqının dəstəyi ilə nəqliyyat sahəsində ekspert missiyası öz işinə başlayıb

21-12-2018

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022

“Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda seminar keçirilib

11-07-2015

Əli Abbasov: “Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir”

01-03-2013

​Braziliyada İnternet İdarəçiliyi Forumu başlayır

10-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə