«Azərbaycanın mobil rabitə sahəsində «billinq» sisteminin tam tətbiqi üçün vaxt tələb olunur»

24-09-2010 / 15:27

Azərbaycanda mobil rabitədə kontur sistemindən imtina edərək tam «billinq» sisteminin tətbiqi prosesi bir neçə ay ərzində həyata keçirilə bilməz. Bunu Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkətinin baş direktoru xanım İneke Botter bildirib.

Onun sözlərinə görə, ilk növbədə «billinq» sistemini tam tətbiqi üçün onun hüquqi, daha sonra isə texniki məsələlərini həll etmək lazımdır: «Bu çox böyük və çətin layihələrdəndir ki, bir neçə ay ərzində həll olunan məsələ deyil. Eyni zamanda hər ölkədə fəaliyyət göstərən hər 3 mobil operatoru arasında müvafiq müzakirələr aparılmalıdır. Lakin onu deyə bilərəm ki, «billinq» sisteminin tam tətbiqi üçün «Bakcell»in imkanları mövcuddur».

Qeyd edək ki, cari ilin sentybarın əvvəlində Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov 2010-cu ilin sonunadək ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları kontur sistemindən imtina edərək tam «billinq» sisteminə keçə biləcəyini bildirib və respublikada bu sistemin tətbiqinin operatorların texniki hazırlığından asılı olduğunu vurğulayıb.

Xatırladaq ki, «billinq» sistemi mobil rabitə operatorların abunəçilərinin istifadə etdiyi xidmətlərin, danışıq hesabları, maddi vəsaitin hesabadan silinməsini təmin edən proqram komlpeksidir.

mənbə: APA


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.