Azərbaycanda 3G şəbəkəsinin tam fəaliyyətə başlaması ilin sonunadək gözlənilir

03-11-2009 / 15:37

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azercell" və "Azerfon" mobil operatorların 3G standartlarında mobil xidmət göstərmək üçün lisenziyaların ayrılması müraciətini nəzərdən keçirir. Bu barədə bazar ertəsi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərlə söhbətində bildirib.Onun sözlərinə görə, mobil operatorlara 3G standartlarında xidmətin tətbiqi üçün öz şəxsi şəbəkələrini hazırlamaları tapşırılıb.

"Lisenziyaların ayrılması ilə bağlı problem olmayacaq və ilkin məlumatlara görə, 3G şəbəkəsinin tam fəaliyyətə başlaması ilin sonunadək gözlənilir", - Ə.Abbasov deyib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, 3G operatorunun lisenziyasını almaq üçün şəbəkənin istismara verilməsinə dair işlərin mərhələləri, göstəriləcək xidmətin növləri və şəbəkənin əhatə radiusu, təhcizatın texniki xarakteri, 3G eksperimental məntəqəsinin yaradılması səriştəsi, həmçinin Azərbaycanın "Telekommunikasiyalar haqqında" qanununa əsasən Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarları barədə məlumat verilməlidir.

Xüsusi lisenziya tələb edən xidmətlər siyahısına daxilolma barədə fərmanın
3G standartlarında xidmət göstərmək üçün lisenziya verilməsi bəndi avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanıb. http://www.trend.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.