«Bugünkü internet forumu Azərbaycanda ilk adlandırmaq olmaz»

03-12-2009 / 13:19

“YUMROO” Milli Axtarış Portalının təşkilatçılığı ilə bu gün Bakıda İnternet Forum keçirilir.

Xeberler.az-ın verdiyi məlumata görə, iki gün davam edəcək İnternet Forum  Rabitə və İnformasiya Texnologiyaları və Gənclər və İdman nazirliklərinin, AzeriCard şirkətinin, HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin və İRƏLİ İctimai Birliyinin dəstəyi keçirilir.

Azərbaycan İnternet Forumun Prezidenti Osman Gündüz bu tədbirin keçirilməsinə münasibət bildirərək deyib ki, 2001-ci ildən etibarən Azərbaycan İnternet Forumu ölkəmizdə İKT-nin inkişafına yönəlik onlarla bu cür Forumlar təşkil edib. Həmin dövrlərdə İnternet ictimaiyyətin iştirakı ilə keçirilən müzakirələrin yekunu olaraq 2002-ci ildə Azərbaycan İnternet Forumu təsis edilib və 2005-ci ildə AİF dövlət qeydiyytaından keçib. Bu baxımdan bu günkü tədbiri ilk adlandırmaq düzgün deyil.

"Bu tədbirin təşkilatçıları düşünməli idilər ki, Azərbaycanda hələ indi ilk İnternet Forumun keçirilməsi haqqında yalnış məlumatlar heç də ölkəmizə baş ucalığı gətirməyəcək"- O.Gündüz bildirib.

Osman Gündüz həmçinin bu tip tədbirlərin keçirilməsini ölkədə İKT-nin inkişafına yönıəlik əhəmiyyətli addım  hesab edərək bildirib ki, Azərbaycan İnternet Forumu bu baxımdan əməkdaşlığa daim hazırdı və hal-hazırda da bəzi dövlət qurumlarının müqavimətinə baxmayaraq Azərbaycan İnternet Forum öz işini uğurla davam etdirir.

Qeyd edək ki, bu baxımdan Azərbaycan İnternet Forumu nəinki ölkədə, o cümlədən, ölkə hüdudlarında kənarda da tanınır.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə