Previous Next
Bağla

3-cü “Regional İnternet İdarəçilik Forumu” keçiriləcək

30-11-2015 20:57
3-cü “Regional İnternet İdarəçilik Forumu” keçiriləcək

Dekabrın 4-də Bakutel 2015 Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində 3-cü “Regional İnternet İdarəçilik Forumu” keçiriləcək.

Xeberler.az bildirir ki, tədbiri Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı Ofisi (BMTİP) birgə təşkil edəcək.

RİFAZ 2015 - 3-cü “Regional İnternet İdarəçilik Forumu Azərbaycan” adlı tədbir “İKT İnnovasiyalarının Regional İnkişaf Mühitinin Yaradılması” devizi altında ADA Universitetində keçiriləcək.

Forumun əsas məqsədi, İKT-nin regional inkişaf mərkəzi olan Azərbaycanda, yerli və beynəlxalq  İKT mütəxəssislərini bir araya gətirmək və əməkdaşlıq əlaqələrini dərinləşdirmək  imkanı təqdim etməkdir. Bununla yanaşı, forum regionların internet idarəçiliyinə cəlb edilməsi missiyasını daşıyır.

Tədbirdə Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdən olan  hökumət strukturlarının, biznes, elm sahələrinin və vətəndaş cəmiyyətinin nümayəndələri İnternet şəbəkəsinin aktual problemlərini müzakirə edəcəklər.

Azərbaycan regional İnternet İdarəçilik Forumu keçirən ölkələrin ailəsinə 2013-cü ildə qoşulub. Həmin ilin 3-5 dekabr tarixlərində Bakıda "İnternet regional inkişaf və irəliləyişin hərəkətverici qüvvəsi kimi" mövzusunda Birinci Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib.

Qeyd edək ki, Azərbaycanda bu sahəyə maraq 6-9 noyabr 2012-ci ildə Bakıda keçirilmiş beynəlxalq "İnsan, İqtisadiyyat və Sosial Məsələlər üzrə Davamlı İnkişaf üçün İnternet idarəçiliyi" mövzusunda VII İnternet İdarəçilik Forumundan sonra daha da artıb.

Bu tədbirə qədər  ölkəmiz  2006-cı ildə Afinada (Yunanıstan), 2007-ci ildə Rio de Janeyroda (Braziliya),  2008-ci ildə Heydərabadda (Hindistan), 2009-cu ildə Şarm əl Şeyxdə (Misir), 2009-cu ildə Vilnüsdə (Litva), 2011-ci ildə Kenyanın paytaxtı Nayrobidə təşkil edilmiş forumlarda yaxından iştirak edib, təcrübə mübadiləsi aparılıbvə nailiyyətlərimiz nümayiş etdirilib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Üçüncü Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb

Üçüncü Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb

03-12-2015
V Regional İnternet İdarəçilik Forumu keçiriləcək

V Regional İnternet İdarəçilik Forumu keçiriləcək

30-11-2017
Bakıda Regional İnternet İdarəçilik Forumu keçirilib

Bakıda Regional İnternet İdarəçilik Forumu keçirilib

07-12-2017
İT şirkətimizin fəaliyyəti beynəlxalq forumda qiymətləndirilib

İT şirkətimizin fəaliyyəti beynəlxalq forumda qiymətləndirilib

05-12-2015
Bakı BMT-nin İnternet Idarəçilik Forumuna hazırlaşır

Bakı BMT-nin İnternet Idarəçilik Forumuna hazırlaşır

04-11-2012
2-ci Regional İnternet İdarəçilik Forumu keçiriləcək

2-ci Regional İnternet İdarəçilik Forumu keçiriləcək

25-11-2014
Bakıda II Regional İnternet İdarəçilik Forumu keçirilir

Bakıda II Regional İnternet İdarəçilik Forumu keçirilir

02-12-2014
Sabah I Regional İnternet İdarəçilik Forumu keçiriləcək

Sabah I Regional İnternet İdarəçilik Forumu keçiriləcək

02-12-2013
Fransada  Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

Fransada Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

15-11-2018
Ölkəmizdə ilk Azərbaycan Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək

Ölkəmizdə ilk Azərbaycan Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək

24-05-2019
Bakıda VI Regional İnternet İdarəçilik Forumu keçirilir

Bakıda VI Regional İnternet İdarəçilik Forumu keçirilir

13-03-2019
Azərbaycan internet idarəçiliyi üzrə forumda təmsil olunur

Azərbaycan internet idarəçiliyi üzrə forumda təmsil olunur

10-11-2015
Microsoft-un təşkilatçılığı ilə Kibertəhlükəsizlik həftəsi sona çatıb

Microsoft-un təşkilatçılığı ilə Kibertəhlükəsizlik həftəsi sona çatıb

19-03-2019
Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib

Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib

14-03-2019
BMT-nin nümayəndəsi: Azərbaycan İKT sahəsində öz sözünü deyir

BMT-nin nümayəndəsi: Azərbaycan İKT sahəsində öz sözünü deyir

03-12-2015
​Braziliyada İnternet İdarəçiliyi Forumu başlayır

​Braziliyada İnternet İdarəçiliyi Forumu başlayır

10-11-2015
19-cu “Bakutel” sərgi və konfransılarının tarixləri müəyyənləşib

19-cu “Bakutel” sərgi və konfransılarının tarixləri müəyyənləşib

31-10-2013
Vətəndaş Cəmiyyəti və İnternet İdarəçiliyi məsələsi müzakirə edilib

Vətəndaş Cəmiyyəti və İnternet İdarəçiliyi məsələsi müzakirə edilib

09-11-2012
AIF Azərbaycan Internet idarəçiliyi ilə bağlı Milli Konfrans təşkil edəcək

AIF Azərbaycan Internet idarəçiliyi ilə bağlı Milli Konfrans təşkil edəcək

10-10-2012
Azərbaycanda İKT-nin inkişafı ilə bağlı birgə layihə reallaşdırılır

Azərbaycanda İKT-nin inkişafı ilə bağlı birgə layihə reallaşdırılır

08-11-2016
AIF Azərbaycan İnternetinin inkişaf istiqamətlərinin müzakirəsini keçirir

AIF Azərbaycan İnternetinin inkişaf istiqamətlərinin müzakirəsini keçirir

29-10-2012
«Bugünkü internet forumu Azərbaycanda ilk adlandırmaq olmaz»

«Bugünkü internet forumu Azərbaycanda ilk adlandırmaq olmaz»

03-12-2009
Bakutel 2015 çərçivəsində hansı tədbirlər təşkil ediləcək?

Bakutel 2015 çərçivəsində hansı tədbirlər təşkil ediləcək?

10-11-2015
Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə