Azərbaycan İnternet İdarəçiliyi Forumu keçirilib

31-10-2012 / 18:08

Azərbaycan İnternet Forumu tərəfindən oktyabrın 31-də Park INN otelində Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda milli konfrans keçirilib.

USAID və IREX Azərbaycann dəstəyi ilə baş tutan konfransın məqsədi 6-9 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək beynəlxalq Internet Governance Forum (İnternet İdarəçiliyi Forumu) ərəfəsində milli İnternet infrastrukturun vəziyyəti ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır.

Konfransda milli İnternet infrastrukturunda son dövrlərdə əldə olunan uğurlar və problemlər  ətrafında müzakirələr aparılıb. Panel sessiya və müzakirələrdə dövlət, özəl qurumlarından və vətəndaş cəmiyyəti təşkilatlarından ekspertlər iştirak etmiş və müxtəlif mövzularla bağlı çıxışlar ediblər.

Konfransda AİF, RİTN, IREX, Microsoft Azərbaycan, Milli Məclisdən  ekspertlər müxtəlif sessiyalarda təqdimatlar ediblər.

İREX-Azərbaycanın rəhbəri Angela Nicoara bu qurum tərəfindən həya keçirilən proqramlarla bağlı , RİTN şöbə müdiri İsfəndiyar Əliyev Azərbaycan İnternetində yeni layihələr  və kontent məsələsi ilə bağlı ,  AİF prezidenti Osman Gündüz onlayn şəffaflıq, açıq hökumət təşəbbüsləri və elektron hökumət quruculuğu və İnternetə giriş imkanları haqqında, AİF üzvü Vahid Qasımov Milli domen zonasının genişləndirilməsi yolları,  İREX-dən  Fuad Salmanov Azərbaycan Yeni media Layihəsi, IREX Kənd yerlərində internetə çıxış imkanları və perspektivləri mövzularında çıxışlar etmişlər.

Microsoft Azərbaycan qurumundan Emin Axundov, RİTN şöbə müdiri Bəxtiyar Məmmədov, Milli Məclisin sektor müdiri Rəşad Əzizov, AİF üzvləri  Rəşad Əliyev və İlqar Mirzə, İREX –n proqram rəhbəri və AİF üzvü Ələsgər Məmmədli müvafiq olaraq informasiya təhlükəsizliyi, uşaqların internetdə təhlükəsizliyi, sosial media və biznes, kibercinayətkarlıq mövzularında təqdimatlarla çıxış etmişlər.

Çıxışlarda Create şirkətinin rəhbəri Ayaz Quliyev, Delta Telekom şirkətinin texniki direktoru Rahid Ələkbərli , AİF üzvü–weboxu.com rəhbəri Şaiq Muradov, Milli Məclisin əməkdaşı Yaşar Əməşov, Media Hüququ İnstitutun  rəhbəri Rəşid Hacılı, BTRİB –in direktor müavini Xankişi Kişiyev, Media Forum saytının redaktoru İsmayıl İsmayılov, Təhsil Nazirliyinin əməkdaşı Akif Əliyev, İNTRANS şirkətinin direktoru Faiq Fərmanov, Tələbə.az resursunun redaktoru Mürsəl Əliyev və digərləri çıxış ediblər. Çıxışlarda Azərbaycan İnternetindəki mövcud vəziyyət, uğurlar və problemlər , bu problemləri yaradan səbəblər və onların aradan qaldırılması istiqamətində təkliflər və rəylər səsləndirilib.

Yekun olaraq RİTN-nin şövə müdiri İsfəndiyar Əliyev, İREX-dən Angela Nicoara və AİF-in prezidenti Osman Gündüz çıxış edərək müzakirə edilən mövzularla bağlı  münasibətlərini bildiriblər.

Çıxışlarda tədbirin faydalı və əhəmiyyətli olması, dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın güclənməsi istiqamətində təkan olacağı vürğülanıb.

Həmçinin bu konfransın qarşıdan gələn Beynəlxalq İnternet İdarəçiliyi Forumuna cəmiyyətin diqqətinin artırılması sahəsində müsbət rolu qeyd olunub.
Tədbirdə  AİF tərəfindən hər il bütün maraqlı tərəflərin iştirakı ilə belə bir Forumun keçiriləcəyi vurğulanıb.

Xatırladaq ki, AİF bir müddət öncə beynəlxalq IGF tədbiri ilə bağlı ölkənin bütün maraqlı tərəfləri üçün müraciət qəbul edib.

Fotolar bu linkdə - http://www.facebook.com/media/set/?set=a.170049686467916.39242.159001754239376

 

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə