«Nar Mobile» yeni hədiyyə kampaniyası

02-04-2009 / 17:03

Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) bu gündən etibarən abunəçilərinə mobil rabitə xərclərinə görə hər ay 5 dəfə artıq dəqiqə həcmində bonus təqdim edəcək.

Şirkətdən xeberler.az-a  verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən, abunəçiyə hər ayın əvvəlində ötən ayın mobil rabitə xərclərinə görə şəbəkədaxili bonus dəqiqələri hədiyyə olunur. Məsələn, ötən ay xərclənən hər 1 manat üçün bonus olaraq, balansa pulsuz 5 şəbəkədaxili dəqiqə əlavə ediləcək.

Məlumatda həmçinin qeyd olunur ki, mobil rabitə xərclərinə görə «Nar Mobile»ın abunəçiləri beş qat artıq hədiyyə almaqla yanaşı, şəhər nömrəsi ilə eyni uyğun mobil Nar nömrəsini almaq imkanı əldə ediblər. Eyni nömrə alan abunəçilərə 100 SMS hədiyyə olunacaq. Əldə olunan hədiyyə dəqiqələri haqqında məlumat almaq üçün, «Nar Mobile» abunəçisinə *777#20#YES şifrəsini yığıb zəng etmək kifayətdir.

Qeyd edək ki, «Premium» nömrə sahiblərinə aksiya çərçivəsində 50%-lik güzəşt təqdim olunur.

Xatırladaq ki, «Azerfon» şirkəti 2007-ci ilin mart ayından fəaliyyət göstərir və ölkə ərazisinin 80%-ni əhatə edir. Hazırda «Nar Mobile»in 1,2 mln-dan çox abunəçisi var.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə