«NLT Telekom» «GoldenPay» sistemi vasitəsilə onlayn ödəmə xidmətini təqdim edib

22-06-2009 / 18:02

«NLT Telekom» şirkəti onlayn ödəmə «GoldenPay»  sisteminin köməkliyi ilə onlayn ödəmə xidmətlərinin tətbiqinə başlayıb.Belə ki,siz bundan sonra «NLT Telekom» şirkətinin rəsmi saytı olan www.nlt.az -dan bəyəndiyiniz mobil telefonu və ya başqa texniki vasitəni seçib plastik kart vasitəsi ilə ödəniş edə bilərsiz. Sifariş qəbul edildikdən sonra, qısa müddət ərzində sizə pulsuz olaraq çatdırılacaq.

Xatırladaq ki, “GoldenPay” sisteminin 2008-ci ilin dekabr ayında “SilverKey Azərbaycan” şirkəti (www.silverkey.az) tərəfindən Azərbaycanın ilk internet ödəmə sistemi kimi təqdimatı olunmuşdur. Bu sistem fəaliyyət göstərmək üçün “Visa” və “MasterCard” beynəlxalq ödəmə sistemləri tərəfindən lazımı tələblərə cavab verir. GoldenPay “Verified by Visa” və “Mastercard SecureCode” lisenziyalarının sahibidir. Təhlükəsizliyin yüksək səviyyədə olması üçün GoldenPay sistemi “VeriSign SSL” şifrələnməsindən istifadə edir


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə