Previous Next
Bağla

“A-dan Z-yə qədər telexəbər” kitabı nəşr olundu!!!

05-05-2009 19:27
“A-dan Z-yə qədər telexəbər” kitabı nəşr olundu!!!

 Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədlinin “A-dan Z-yə qədər telexəbər” kitabının təqdimat mərasimi keçirilib.

322 səhifəlik kitab telexəbərçiliyin müxtəlif aspektləri barədə bligi verir, əsasən jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulub.

Mayın 4-də keçirilən təqdimat mərasimində tanınmış teleaparıcı Qulu Məhərrəmli “Yeni Nəsil” Jurnalistlər Birliyinin dərc etdiyi bu kitabı “ehtiyac duyulan və çox dəyərli dərs vəsaiti” kimi dəyərləndirib. Müasir telejurnalistikada çoxsaylı suallar olduğunu deyən Q.Məhərrəmli Z.Məmmədlinin bu sualların çoxuna cavab verə bildiyini söyləyib. O, telexəbər hazırlayan reportyorun ilk andan özünü necə aparmasından xəbərin tamaşaçıya çatdırılması mərhələsinə qədər bir çox incəliyin kitabda əksini tapdığını qeyd edib. Telekanalların çoxaldığını və peşəkarlıqla bağlı çoxsaylı problemlər yarandığını deyən Q.Məhərrəmli “telejurnalistikada biz indiyə kimi xarici təcrübəni öyrənib tətbiq edirdik, indi öz təcrübəmizi tətbiq etmək vaxtıdır” deyib. O, hazırda Z.Məmmədlinin “Telejurnalistikanın əsasları” adlı kitab üzərində işlədiyini də söyləyib.

Müəllif Z.Məmmədli isə qeyd edib ki, kitabı yazmaqda əsas məqsədi həm peşəkar jurnalist, həm də şəxsiyyət olmağı bacaran reportyorlar yetişdirilməsinə yardımçı olmaqdır. Kitabda xəbərin hazırlanması modullarını verdiyini deyən Z.Məmmədli reportyorlara “dörd doğru”nu (doğru zaman, doğru məkan, doğru xəbər, doğru adam)  öyrətmək istədiyini açıqlayıb. //Turan

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Jurnalistlər üçün İnformasiya Texnologiyaları” kitabı nəşr olunub

25-01-2009

“Jurnalistlerin İKT bacarıqlarına dəstək ” Layihəsinin yekunlarına həsr olunan Tədbir keçirildi

28-01-2009

BDU-nun jurnalistika fakultəsi “Jurnalist” qəzetini buraxacaq

22-10-2009

“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçiriləcək

16-11-2009

“Jurnalistika 2.0” kitabının təqdimat mərasimi keçirildi

21-05-2010

Televiziya və radio aparıcıları üçün təlim kursu keçirilib

06-11-2009

Jurnalistika terminlərini onlayn əldə etmək mümkün olacaq

21-08-2015

Tanınmış yazıçının kitabını elektron variantda oxumaq mümkün olacaq

04-02-2011

“Jurnalistika terminləri lüğəti” kitabının təqdimatı keçirildi –Foto

20-07-2016

«Mətbuatda istifadə olunan alınma sözlər» izahlı lüğəti təqdim olundu

28-05-2009

Jurnalist Fuad Babayevin “Azərbaycanda vətəndaş inteqrasiyası və KİV” adlı kitabı nəşr olunub

22-02-2011

İnformasiya Texnologiyalarından bəhs edən kitablara maraq artıb

26-06-2009

“Elektron hökumət"in həlli niyə gecikir?

17-12-2008

Yeni medianın tədris modulları hazırlanıb

04-05-2012

“Yerli telekanalların xəbər redaksiyaları ekstremal situasiyalara hazır deyil!”

23-05-2009

Sony elektron kitablarının üçüncü nəsli: “barmaqların ucunda ədəbiyyat”

06-10-2008

“Müəllimlər üçün sosial servislər” kitabının Təqdimatı keçirilib

07-12-2012

"Kabel televiziyası ilə bağlı qanuna ehtiyac var"

06-12-2010

“İnternet hüququ” kitabının təqdimatı keçirilib

17-12-2009

Nuşirəvan Məhərrəmli:“Şou proqramlar artıq bəlaya çevrilib”. (Eksklüziv)

02-12-2010

Nuşirəvan Məhərrəmli: “FM tezliyini xarici radiostansiyalara qaytarmaq niyyətimiz yoxdur”

21-01-2009

“Wikileaks”-in iç üzü açılır

08-02-2011

11 yaşındakı uşaqdan Bitcoin kitabı

27-02-2018

Günahkar telekanallardır

16-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə