Previous Next
Bağla

“Agent bankçılıq” layihəsi daha bir regionda tətbiq olundu

17-05-2022 12:14
“Agent bankçılıq” layihəsi daha bir regionda tətbiq olundu

Azərbaycanda ilk dəfə həyata keçirilən “Agent bankçılıq” layihəsi daha bir regionda – Qəbələ şəhərində əhaliyə təqdim olunub. “Agent bank” rolunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “Access Bank” QSC ilə əməkdaşlıq çərçivəsində yerinə yetirir. Vətəndaşlar Qəbələ şəhəri, Həzi Aslanov 39 ünvanında yerləşən “Azərpoçt” MMC filialında “AccessBank” QSC-nin təqdim etdiyi maliyyə xidmətlərindən istifadə edə bilərlər.

Xeberler.az bildirir ki, layihə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) dəstəyi ilə həyata keçirilir. Bütün ölkə vətəndaşları üçün maliyyə xidmətlərinin əlçatanlığının artırılması məqsədi daşıyan “agent bankçılıq” modelinin tətbiqinə ilk olaraq Ağdaş rayonunda yerləşən “Azərpoçt” filialında başlanılmışdı. Mart ayından etibarən şəhər sakinləri Bəkir Nəbiyev küçəsi 15/4 ünvanında yerləşən poçt filialında bank xidmətlərindən yararlanırlar.

Hazırda “Azərpoçt” MMC-nin hər iki regiondakı filialında müştərilərə, tələbata əsasən, mikro və aqrokreditlər, həmçinin istehlak kreditləri və debit kartları təklif olunur.

Məlumat üçün bildirək ki, “agent bankçılıq” modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilat tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə bank filial və şöbələrinin sayı az olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün bu modeldən geniş istifadə olunur.

“Azərpoçt” MMC və “Access Bank” QSC arasında əldə olunmuş razılığa əsasən, növbəti mərhələdə “agent bankçılıq” layihəsinə Masallı və Zərdab rayonları qoşulacaq.

Üçəsrlik tarixə malik “Azərpoçt” MMC 1500-ə qədər şöbəsi ilə bu gün ənənəvi poçt xidmətlərinin icrası ilə yanaşı, maliyyə, logistika və “retail” xidmətləri də göstərərək ölkə vətəndaşlarının bu xidmətlərə əlçatanlığını təmin edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərpoçt” agent bankçılıq layihəsində xidmət göstərəcək

15-03-2022

“Agent bankçılıq” Masallı və Tovuzda!

22-06-2022

“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib

21-01-2026

İnternet bankçılıq xidmətilə aparılan müştəri köçürmələrinin həcmi artıb

12-03-2026

Mobil bankçılıq xidməti vasitəsilə müştəri köçürmələrinin həcmi artıb

10-03-2025

“Azərpoçt” Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığa başlayıb

11-06-2020

Azərpoçt kreditləşmə mexanizmi hazırlayır

19-08-2015

“Azərpoçt” IX Beynəlxalq Bankçılıq Forumu 2025-də təmsil olunub

20-11-2025

“Azərpoçt” ABA-ya üzv olub

10-06-2023

Azərpoçt MMC korporativ informasiya sistemini yeniləyir

14-05-2015

“Azərpoçt” “Azərbaycan Telefon Rabitəsi 140” loqotipli bank kartları təqdim edib

03-11-2021

“Azərpoçt”la Türkiyə Poçtu müqavilələr imzaladı

15-01-2021

Türkiyənin ən sərfəli pul köçürmələri “Azərpoçt”da

21-04-2021

Azərpoçt MMC bank nominasiyasının qalibi olub

18-10-2018

“Azərpoçt” Mərkəzi Bankın məlumat-axtarış sisteminə qoşulub

17-09-2020

“Azərpoçt” MMC “Azercell”in bürünc sertifikatlı rəsmi dileri statusu alıb

27-01-2023

“Azərpoçt” MMC “İnternet bankçılıq” xidmətini istifadəyə verib

22-04-2024

Azərbaycanda elektron bankçılıq genişləndiriləcək

06-01-2015

ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

24-07-2025

ABB sahibkarlığın maliyyələşdirilməsi üzrə ən yaxşı banklardandır

03-12-2025

Elektron bankçılığın üstünlükləri nələrdir?

17-04-2015

“Azərpoçt” MMC-nin Baş direktoru Latviya poçtunun rəhbəri ilə görüş keçirib

19-08-2021

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə