Previous Next
Bağla

“Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək

12-06-2026 13:44
“Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək

“Azerconnect Group” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu “Azerconnect Group”un baş direktoru Emil Məsimov və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud imzalayıb.

Tərəfdaşlıq çərçivəsində “Azerconnect Group” təqdim etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həllərlə qoruğun rəqəmsal transformasiyasına dəstək göstərəcək. Tərəflər süni intellekt əsaslı həllərin tətbiqi ilə ziyarətçi davranışlarının təhlili, fərdiləşdirilmiş xidmətlərin təqdim olunması, interaktiv rəqəmsal xəritələrin və audio bələdçinin yaradılması, smart turizm ekosisteminin qurulması kimi sahələrdə əməkdaşlıq edəcəklər. Bununla yanaşı, tarixi abidələrin 3D skanı, modelləşdirilməsi və rəqəmsal əkizlərinin formalaşdırılması istiqamətində layihələr icra olunacaq.

“Azerconnect Group”un baş direktoru Emil Məsimov tədbirdə çıxışı zamanı tərəfdaşlığın tarixi məkanların rəqəmsal transformasiyası prosesində yeni imkanlar açacağını vurğulayıb: “İçərişəhər Azərbaycanın mədəni kimliyini yaşadan mühüm tarixi məkanlardan biridir. “Azerconnect Group” olaraq biz bu nadir mühitdə rəqəmsal texnologiyaların imkanlarından istifadə edərək ziyarətçi təcrübəsini daha da təkmilləşdirməyi, tarixi irsimizin qorunmasına töhfə verməyi hədəfləyirik. Təqdim edəcəyimiz süni intellekt əsaslı texnologiyalar, smart turizm həlləri İçərişəhəri yerli sakinlər və xarici qonaqlar üçün daha da innovativ məkana çevirəcək”.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış edərək bu kimi əməkdaşlıqların tarixi irsimizə və müasir idarəetmə yanaşmalarının tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “İçərişəhər tarixi irsin mühafizəsi sahəsində ənənəvi yanaşmaları müasir texnologiyalarla inteqrasiya edərək “Ağıllı Qoruq” modelini formalaşdırır. Rəqəmsal idarəetmə sistemləri, məlumat əsaslı qərarvermə və davamlı şəhər idarəçiliyi alətləri qoruğun daha səmərəli idarə olunmasına xidmət edir. Bu transformasiya tarixi-mədəni dəyərlərin qorunmasını təmin etməklə yanaşı, bütün maraqlı tərəflər üçün daha keyfiyyətli və innovativ mühit yaradır”.

Qeyd edək ki, regionun aparıcı İKT şirkəti “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili, “FinTech”, “AdTech”, “Media/TV” sahəsində rəqəmsal xidmətlər təqdim edir. 6 milyona yaxın müştəriyə süni intellekt əsaslı həllər təqdim edən “Azerconnect Group”a “Bakcell”, “AzerTelecom”, “Citynet”, “UltraNet”, “Goldenpay”, “DataSphere”, “NewMedia” kimi şirkətlər daxildir. 4000-dən çox mütəxəssisin çalışdığı “Azerconnect Group” Azərbaycanın ən böyük işəgötürən şirkətlərindən biridir.

“Azerconnect Group” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azerconnect Group və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

Azerconnect Group və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

21-04-2026
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub

Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub

04-06-2026
Azerconnect Group “Best Managed Companies” mükafatına layiq görüldü

Azerconnect Group “Best Managed Companies” mükafatına layiq görüldü

31-05-2024
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı

Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı

12-06-2024
Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb

Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb

28-06-2024
Vodafone yenidən Azərbaycana qayıtdı

Vodafone yenidən Azərbaycana qayıtdı

13-06-2024
“Azerconnect Group” BMT-nin Qlobal Sazişinə qoşulub

“Azerconnect Group” BMT-nin Qlobal Sazişinə qoşulub

05-11-2024
“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar”  mövzusunda tədbir keçirilib

“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib

03-10-2024
Azerconnect şirkətinin Qarabağa investisiyası 60 milyon manata çatacaq

Azerconnect şirkətinin Qarabağa investisiyası 60 milyon manata çatacaq

06-02-2024
İçərişəhərdə rəqəmsal kadastr platforması yaradılır

İçərişəhərdə rəqəmsal kadastr platforması yaradılır

22-05-2026
Azerconnect Türkiyəyə 5 milyon TL dəstək göstərdi

Azerconnect Türkiyəyə 5 milyon TL dəstək göstərdi

10-02-2023
“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024
Dövlət Məşğulluq Agentliyi ilə “Azerconnect” şirkəti arasında  Anlaşma Memorandumu imzalanıb

Dövlət Məşğulluq Agentliyi ilə “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

21-12-2021
“Azerconnect" karbon emissiyalarının azaldılması ilə bağlı tədbirdə iştirak edib

“Azerconnect" karbon emissiyalarının azaldılması ilə bağlı tədbirdə iştirak edib

07-10-2024
“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

09-09-2024
Bu texnologiya şirkətlərinin rəhbərliyi tələbələrlə görüşüb

Bu texnologiya şirkətlərinin rəhbərliyi tələbələrlə görüşüb

14-12-2022
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

08-06-2026
AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub

AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub

07-12-2023
"Azerconnect" nüfuzlu "Stevie®" mükafatına layiq görülüb

"Azerconnect" nüfuzlu "Stevie®" mükafatına layiq görülüb

19-10-2023
"Azerconnect"in rəhbər heyəti ADA Universitetinin tələbələri ilə görüşüb

"Azerconnect"in rəhbər heyəti ADA Universitetinin tələbələri ilə görüşüb

22-11-2022
NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026
“Azerconnect” şirkəti Milli Mətbuat Günü münasibətilə jurnalistləri bir araya toplayıb

“Azerconnect” şirkəti Milli Mətbuat Günü münasibətilə jurnalistləri bir araya toplayıb

21-07-2023
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!

Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!

25-06-2026
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

24-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə