Previous Next
Bağla

“Azərkosmos” “Globecast” ilə əməkdaşlıq müqaviləsi imzalayıb

01-09-2020 19:50
“Azərkosmos” “Globecast” ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərkosmos” Afrikada telekommunikasiya xidmətləri sahəsində fəaliyyət göstərən “Globecast” qlobal media yayım şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.  Bu əməkdaşlıq sayəsində “Globecast” şirkəti Afrika regionunda “Azerspace-1” peykinin C diapazonu ilə müştərilərinə xidmət göstərəcək.

Xeberler.az bildirir ki, Afrika regionunda televiziya yayımının çətin olduğu ərazilərdə “Globecast” şirkətinin platformaları asanlıqla “Azerspace-1” peykinin siqnallarını qəbul edəcək və bu da xəbərlər, idman və xüsusi tədbirlərin birbaşa yayımlanmasına imkan verəcək. Həmçinin dünyada kifayət qədər tamaşaçı kütləsi olan məşhur “Big Brother Naija Reality Show” proqramı Afrika televiziya kanallarında bu il “Azerspace-1” peyki vasitəsilə yayımlanacaq.

Qeyd edək ki, “Globecast” şirkəti dünyada yerləşdiyi məkandan asılı olmayaraq müştərilərinə çevik və fasiləsiz video yayım xidmətləri təqdim edir. Şirkət video məzmunun və digər media həllərin müştərilərə çatdırılması üçün yerüstü kabel və peyk rabitəsini birləşdirən müasir hibrid sistemə malikdir. “Globecast” şirkəti qlobal səviyyədə dünyanın təxminən 250 yayım şəbəkəsinə peykdən məlumatın əldə olunması, bir araya toplanması və paylanması xidmətlərini göstərir. 

“Bu əməkdaşlıq bizə müştərilərimizin artan tələbatını uğurla təmin etmək fürsəti qazandıracaq”, – deyə “Globecast” şirkətinin mühəndis həlləri üzrə meneceri Jak Andreou qeyd edib.

“Müasir idarəetmə və çevik yayım həlləri təqdim edən “Globecast” şirkəti ilə işgüzar münasibətlərimiz bizə Afrikada uğurlu yayım layihələri həyata keçirmək imkanı yaradacaq”, – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye deyib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərkosmos” “Viewmedia” şirkəti ilə əməkdaşlığa başlayıb

23-09-2020

“Azərkosmos” Belçika şirkəti ilə müqavilə imzaladı

12-01-2021

“Azərkosmos” Kenya ilə əməkdaşlığa başladı

24-01-2023

"Azərkosmos" Afrikanın 17 ölkəsinə xidmət göstərəcək

23-05-2023

Afrikanın televiziya və radio kanalları “Azerspace-2” peykinin resurslarından istifadə edəcək

25-02-2021

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16-04-2020

Azərkosmos Intersat şirkəti ilə müqavilə imzalayıb

18-09-2019

Azərkosmos peyk xidmətlərini Botsvanada təqdim edəcək

09-08-2024

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı

15-08-2020

İsrail şirkəti Afrika regionunda "Azerspace"in peyklərindən istifadə edəcək

18-03-2023

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022

Gürcüstanın daha 3 televiziya kanalı “Azerspace-1” peykindən yayıma başladı

01-04-2021

Peykimiz Afrika və Yaxın Şərqi rabitə ilə təmin edəcək

06-05-2015

"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

15-09-2025

Azerspace-2 peykinin orbitə buraxılmasından 1 il ötür

26-09-2019

Azərkosmos Tanzaniyada yayım xidmətləri göstərəcək

24-12-2019

Azərkosmos Afrikada fəaliyyət dairəsini genişləndirir

18-07-2025

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

Azərkosmos beynəlxalq əlaqələri genişləndirir

07-11-2016

Azərkosmos Türkiyənin iki şirkəti ilə müqavilə imzalayıb

27-12-2019

Avropa Çempionatı Azerspace-1 üzərindən yayımlanıb

19-07-2016

Daha 2 telekanal Azerspace-1 peyki vasitəsilə yayımlanacaq

30-01-2020

Azərkosmos ilə Rusiya Peyk Rabitəsi əməkdaşlıq müqaviləsi imzalayıb

06-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə