Previous Next
Bağla

“Azərkosmos” tərəfindən “Yaşıl siyasət” sənədi qəbul olunub

05-04-2024 12:38
“Azərkosmos” tərəfindən “Yaşıl siyasət” sənədi qəbul olunub

“Azərkosmos” qlobal iqlim dəyişikliyinin Azərbaycanda təsirinə dair hazırladığı rəqəmsal iqlim platformasını ictimaiyyətə təqdim edib. Platforma “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş konfransda nümayiş olunub.

Konfrans çərçivəsində rəqəmsal iqlim hesabatı ilə yanaşı “Azərkosmos” özünün “Yaşıl siyasət” sənədini qəbul etdiyini açıqlayıb.

Belə ki, ötən ildən BMT-nin “Qlobal Saziş” təşəbbüslərinə qoşulan “Azərkosmos” öz əməliyyatlarında kosmik aparatların inkişafı, buraxılışı, orbitdəki fəaliyyətini və kosmik obyektlərin idarə edilməsi zamanı ətraf mühitə təsirini minimuma endirməyi hədəfləyir.

Qeyd edək ki, iki dildə hazırlanmış yeni rəqəmsal platformada iqlim dəyişikliklərinin kosmik təsvirlər əsasında müqayisəli təhlili aparılıb. Platformadakı təhlillər beş istiqaməti – qar örtüyü və buzlaqlar, su ehtiyatları, quraqlıq və şoranlaşma, kənd təsərrüfatı əraziləri və atmosferin dəyişməsini əhatə edir.

Dövlət qurumları fəaliyyətində iqlim mövzularını gündəmdə saxlayan özəl şirkətlər, təhsil müəssisələri və media nümayəndələrinin iştirakı ilə baş tutan konfransda bildirilib ki, qlobal iqlim dəyişmələri ölkəmizə də təsirsiz ötüşməyib.

Belə ki, son 100 ildə Azərbaycanda orta illik temperatur artıb. Peyk təsvirlərinin təhlilinə əsasən, Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında son 7 ildə buzlaq sahələrində ortalama 18 faiz azalma müşahidə olunub. Həmçinin son 30 ildə Xəzər dənizinin səviyyəsi 2 metr azalıb. Ölkə üzrə quraqlıq səviyyəsinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, Azərbaycan ərazisinin 15 faizi çox yüksək quraqlıq riski altındadır. Ölkə ərazisində yanğınların kosmik monitorinq təhlilinə əsasən, ötən ildə ümumilikdə 10 563 hektar ərazinin yandığı müşahidə edilib. Həmçinin atmosferin tərkibini dəyişdirən zərərli qazların dəyərləri də ilbəil artıb.

“Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov qeyd edib ki, ölkəmizdə iqlim dəyişikliyinin kosmik monitorinqlər əsasında ilk belə müfəssəl rəqəmsal hesabatı “Azersky” peyki sayəsində ərsəyə gəlib. Kosmik texnologiyaların üstünlüyü ondadır ki, Yer səthini müşahidə edən peyklər mövcud vəziyyətin və proseslərin dəyişmə dinamikasını araşdırmaqda aktual və optimal üsuldur. Peyk resursları böyük, əlçatmaz ərazilərin effektiv qiymətləndirilməsi üçün maddi xərclər və resurs baxımından optimaldır.

Konfransda ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, “Azərkosmos”un Coğrafi informasiya sistemləri mərkəzinin direktoru İsmət Baxışov, Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov, Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin ölkə ofisi üzrə meneceri Samir Məmmədov Azərbaycanda iqlim dəyişikliyinin dinamikası və təsirlərinə dair çıxışlar ediblər.

Konfrans peyk təsvirlərindən dinamik şəkildə istifadə olunmasına dair aktiv müzakirələrlə davam edib.(Azərtac)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“İqlim dəyişikliyinə kosmosdan baxış” rəqəmsal platforması ictimaiyyətə təqdim olunub

“İqlim dəyişikliyinə kosmosdan baxış” rəqəmsal platforması ictimaiyyətə təqdim olunub

05-04-2024
“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

24-05-2023
Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

16-05-2024
"Azərkosmos": "Azərbaycan şiddətli quraqlıq riskinə görə dünyada 18-ci yerdədir"

"Azərkosmos": "Azərbaycan şiddətli quraqlıq riskinə görə dünyada 18-ci yerdədir"

19-07-2024
"Azərkosmos" iqlim dəyişikliyi ilə bağlı yeni layihələr üzərində işləyir

"Azərkosmos" iqlim dəyişikliyi ilə bağlı yeni layihələr üzərində işləyir

04-10-2024
“Azərkosmos”: İqlim dəyişikliyini anlamaq üçün müşahidə məlumatları ən dəyərli mənbədir

“Azərkosmos”: İqlim dəyişikliyini anlamaq üçün müşahidə məlumatları ən dəyərli mənbədir

01-10-2025
“Dəyişən iqlim şəraitində Data əsasında qərarların qəbul edilməsi” sessiyası keçirilib

“Dəyişən iqlim şəraitində Data əsasında qərarların qəbul edilməsi” sessiyası keçirilib

17-11-2024
İqlim dəyişikliyi ilə bağlı elektron platforma istifadəyə verilib

İqlim dəyişikliyi ilə bağlı elektron platforma istifadəyə verilib

05-04-2024
Sədr: Beynəlxalq kosmosa əsaslanan İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək

Sədr: Beynəlxalq kosmosa əsaslanan İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək

16-11-2024
Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024
Azərkosmos “СOP28” tədbirində iştirak edib

Azərkosmos “СOP28” tədbirində iştirak edib

11-12-2023
Azərkosmos Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb

Azərkosmos Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb

04-09-2024
 “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

27-11-2024
Azərkosmos” peyk istehsalına hazırlaşır

Azərkosmos” peyk istehsalına hazırlaşır

21-10-2025
Azərkosmos BMT-nin “Qlobal Saziş” təşəbbüsünə qoşulub

Azərkosmos BMT-nin “Qlobal Saziş” təşəbbüsünə qoşulub

15-11-2023
“Kosmos və iqlim dəyişikliyi” mövzusunda tədbir keçirilib

“Kosmos və iqlim dəyişikliyi” mövzusunda tədbir keçirilib

09-10-2024
Media nümayəndələri ilə “İqlim dəyişikliyi və kosmos” mövzusunda görüş keçirilib

Media nümayəndələri ilə “İqlim dəyişikliyi və kosmos” mövzusunda görüş keçirilib

19-07-2024
Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023
COP29 çərçivəsində Kosmik Liderlərin Sammiti keçirilir

COP29 çərçivəsində Kosmik Liderlərin Sammiti keçirilir

16-11-2024
Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024
Azərkosmos Kosmik Texnologiyalar konfransında regional əməkdaşlığını gücləndirir

Azərkosmos Kosmik Texnologiyalar konfransında regional əməkdaşlığını gücləndirir

03-04-2026
Kosmik agentlik rəhbərlərinin Bakı bəyənnaməsi qəbul edilib

Kosmik agentlik rəhbərlərinin Bakı bəyənnaməsi qəbul edilib

16-11-2024
Sədr müavini: “Azərkosmos” 10 milyon dollarlıq biznes portfeli formalaşdırıb

Sədr müavini: “Azərkosmos” 10 milyon dollarlıq biznes portfeli formalaşdırıb

21-10-2025
Birləşmiş Krallığın Kosmik Agentliyi ilə Azərkosmos-un əməkdaşlığının perspektivləri müzakirə olunub

Birləşmiş Krallığın Kosmik Agentliyi ilə Azərkosmos-un əməkdaşlığının perspektivləri müzakirə olunub

21-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə