Previous Next
Bağla

“Azərspace-1” üzərindən yeni kanal yayımlanacaq

13-05-2015 22:08
“Azərspace-1” üzərindən yeni kanal yayımlanacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgərinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyini bildirən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov dövlət başçısı İlham Əliyev və prezident Həsən Ruhani arasında keçirilən görüşlərin bu əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynadığını nəzərə çatdırıb.

Tərəflər arasında əməkdaşlığın növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu, bu inkişafda radio-televiziya yayımı sahəsinin də öz yeri olduğunu qeyd edən İ.Məmmədov bu istiqamətdə İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı ilə aparılan işlər və keçirilən görüşlərdən, bu görüşlərin qarşılıqlı razılıq doğuran  nəticələrindən söz açıb.

Məhəmməd Əxgəri də iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdığını vurğulayaraq, bu əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı maraqlara söykəndiyini qeyd edib. İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının fəaliyyət istiqamətlərindən, yayımlanan radio və televiziya kanallarından da danışan qonaq cari ilin 24 may tarixində 24 saat ərzində Azərbaycan dilində yeni kanalın fəaliyyətə başlayacağını, bu kanalın Azərbaycanın ilk telekommunikasiya peyki  “Azərspace-1” üzərindən yayımlanmasının arzuolunan  olduğunu nəzərə çatdırıb.

Daha sonra görüşdə radio-televiziya yayımı sahəsində mövcud münasibətlər, o cümlədən analoq yayımın tamamilə dayandırılaraq tərəflərin rəqəmli yayıma keçidi və s. məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan və İran müştərək teleradio komitəsinin yaradılmasını müzakirə edəcək

11-05-2015

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

03-08-2016

İKT əməkdaşlığına dair müzakirələr aparılıb

18-05-2019

İran Dövlət Televiziya və Radio Təşkilatına yeni sədr təyin edilib

04-11-2014

CBC radiosu Şuşada yayıma başlayıb

08-05-2021

İranla İT avadanlıqlarının istehsalına başlanılır

11-06-2015

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirinə “Dostluq” ordeni təqdim edib

21-04-2016

Çinlə radio və TV yayımı sahəsində memorandum imzalanıb

24-06-2025

Azərbaycanda ilk rəqəmli radio fəaliyyətə başlayıb

23-04-2012

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015

Radio və televiziya proqramlarının yayımında fasilələr olacaq

08-06-2019

Ramin Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

29-12-2016

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

27-12-2016

İranla İKT sahəsində əməkdaşlıq müzakirə olunub

22-04-2016

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019

Azərbaycan və Argentina arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

22-09-2015

Belarusda analoq yayım dayandırılıb

15-05-2015

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021

Nazir iranlı həmkarı ilə görüşüb

02-08-2016

Şuşa Radio-Televiziya Yayım Stansiyası fəaliyyətə başlayıb

01-01-2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019

İranla əməkdaşlıq imkanları müzakirə edilib

06-08-2015

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

28-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə