Previous Next
Bağla

“Aztelekom” və “Baktelecom” internet xidmətləri üzrə tariflərini azaldıb

21-09-2021 16:53
“Aztelekom” və “Baktelecom” internet xidmətləri üzrə tariflərini azaldıb

İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” ("Baktelecom") MMC-lər internet tariflərinə dəyişiklik edib.

Xeberler.az  bu barədə nazirliyə istinadən məlumat verir.

Məlumatda deyilir ki, yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı azaldılıb.

Beləliklə, internet şəbəkəsi üzərindən məlumatların yüksək trafiklə ötürülməsi təmin edilib. Bu da onlayn qoşulma, ağır həcmli yükləmələr və digər əməliyyatların sürətli icrasına imkan yaradıb.

Dəyişikliklərə əsasən, ADSL texnologiyası vasitəsilə xidmət alan bütün abunəçilər üçün aylıq istifadə haqqı minimum 35%-ə qədər azaldılıb.

O cümlədən, GPON (Gigabit Passive Optical Network) texnologiyası üzərindən göstərilən xidmətlərin tariflərinə də dəyişiklik olunub.

“Baktelecom.az” saytı üzərindən “onlayn qoşulma” funksiyası da fəaliyyət göstərir. Optik internet xidmətinə qoşulmanı seçilən tarif əsasında məsafə qət etmədən və növbələrdə vaxt itirmədən onlayn sifariş etmək mümkündür.

Yeni tariflər barədə ətraflı məlumatı hər iki şirkətin rəsmi veb-səhifəsi üzərindən əldə etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Baktelecom” onlayn xidmət sahəsini genişləndirib

18-10-2021

“Bakı Telefon Rabitəsi” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

Baktelecom internet qiymətlərini endirdi

01-02-2018

“Aztelekom” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

100 minədək evə sürətli internet çəkiləcək

09-04-2018

Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

10-09-2019

Evədək optika layihəsinin ikinci mərhələsinə başlanıb

18-04-2019

Aztelekom internet qiymətlərini endirdi!!!

27-12-2008

“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib

11-08-2020

“Baktelecom” optik şəbəkəyə keçidi sürətləndirib

22-05-2020

GPON texnologiyası üzərindən göstərilən internet xidməti tarifləri optimallaşdırılır

06-07-2022

“Aztelekom” və “Bakı Telefon Rabitəsi”dən yeni rəqəmsal xidmət

16-02-2023

“Baktelecom” Binə qəsəbəsində optik şəbəkəsini istifadəyə verib

29-04-2021

"Baktelecom" simsiz telefon rabitəsi xidmətinin fəaliyyətini dayandıracaq

19-10-2021

Zirə qəsəbəsinə genişzolaqlı internet xidmətləri təqdim edilib

17-11-2022

“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi

06-04-2022

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

Baktelecom optik şəbəkəyə keçidin əhatə dairəsini genişləndirir

14-06-2019

“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

26-04-2021

“Baktelecom” yeni yaşayış massivi sakinlərini multimedia xidmətləri ilə təmin edir

24-08-2020

“Baktelecom” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir

20-04-2020

“Baktelecom” 1 Gbit/s internet sürət testlərini başa çatdırıb

06-06-2023

Sakinlərə pulsuz avadanlıq verildi

14-12-2018

“Baktelecom” Qaradağ rayonu ərazisində əhalini genişzolaqlı internetlə təmin edir

30-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə