Previous Next
Bağla

“Baktelecom” 1 Gbit/s internet sürət testlərini başa çatdırıb

06-06-2023 12:37
“Baktelecom” 1 Gbit/s internet sürət testlərini başa çatdırıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") 1 Gbit/s internet sürət testlərini başa çatdırıb.

Bu barədə Xəbərlər.az-a nazirlikdən məlumat verilib.

Testlər nəticəsində "Baktelecom" Azərbaycanda ilk dəfə olaraq 1 Gbit/s sürət həddini əldə etməyə nail olub.

Bildirilir ki, “Baktelecom” GPON texnologiyası əsasında 1 Gbit/s sürətli internetin təmin edilməsi istiqamətində “Nokia” ilə birgə apardığı işləri yekunlaşdırmaq üzrədir. "Hazırda texniki infrastruktur yaradılıb və layihənin tətbiqi üçün müxtəlif model mobil cihaz və noutbuklarda müvafiq testlər aparılıb. Müxtəlif tezliklər və kanal genişliyində edilən testlər uğurla nəticələnib", - məlumatda deyilir.

Növbəti mərhələdə yeni sürət üzərindən tariflərin formalaşdırılması və bazara təqdim edilməsi planlaşdırılır. Bu, “Baktelecom” müştərilərinə hazırda bazarda mövcud olan ən sürətli internetdən 10 dəfəyə qədər artıq sürət əldə etmək imkanı verəcək. Bundan əlavə, istifadəçilər cihazların istismarı zamanı sərf edilən enerjiyə 40 %-ə qədər qənaət edə biləcəklər.

Passiv Optik Şəbəkənin (PON) yeni standartı olan XGS-PON-un (10 giqabitlik simmetrik passiv optik şəbəkə) tətbiqi ilə istehlakçı genişzolaqlı şəbəkə üzərindən 4K təsvir ölçüsündə video, şəbəkə oyunları, VR (virtual reallıq) və digər irihəcmli məlumatların sürətli transferini tələb edən xidmətlərdən faydalana biləcək.

Qeyd edilir ki, 1 Gbit/s sürətində internetin istifadəsi yalnız bu sürəti dəstəkləyən mobil və ya kompüter cihazlarında və “Baktelecom” tərəfindən təqdim edilən xüsusi modem üzərindən mümkündür.

Böyük sahələrə gəldikdə isə əlavə sürət paylayıcılarından istifadə edilərək 1 Gbit/s sürətinin effektiv və kəsintisiz təmin edilməsi mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Baktelecom” və “Nokia” Bakıda 10 Gbit/s və daha yüksək sürətdə xidmətlər təqdim edəcək

24-05-2024

“Baktelecom” ilk dəfə 250 Mbit/s internet tarifini təqdim edir

05-09-2023

Baktelecom internet qiymətlərini endirdi

01-02-2018

100 minədək evə sürətli internet çəkiləcək

09-04-2018

“Bakı Telefon Rabitəsi” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

Sakinlərə pulsuz avadanlıq verildi

14-12-2018

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

10-09-2019

GPON texnologiyası üzərindən göstərilən internet xidməti tarifləri optimallaşdırılır

06-07-2022

“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verib

03-12-2020

“Baktelecom” Qaradağ rayonu ərazisində əhalini genişzolaqlı internetlə təmin edir

30-12-2023

“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi

06-04-2022

814 minədək ev təsərrüfatı fiber-optik internetlə təmin olunub

09-02-2023

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

“Baktelecom” Binə qəsəbəsində optik şəbəkəsini istifadəyə verib

29-04-2021

“Baktelecom” onlayn xidmət sahəsini genişləndirib

18-10-2021

Baktelecom İçərişəhər və mərkəzi küçələri optik şəbəkəyə keçirir

01-10-2019

“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir

05-08-2020

“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

26-04-2021

“Aztelekom” və “Baktelecom” internet xidmətləri üzrə tariflərini azaldıb

21-09-2021

“Baktelecom” mətbuat işçilərinin binasını optik şəbəkə ilə təmin edib

28-10-2020

“Baktelecom” optik şəbəkəyə keçidi sürətləndirib

22-05-2020

“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib

11-08-2020

Baktelecom optik şəbəkəyə keçidin əhatə dairəsini genişləndirir

14-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə