Previous Next
Bağla

“Biz elə işləməliyik ki, sanki neft-qaz resursları yoxdur ”

26-01-2016 14:42
“Biz elə işləməliyik ki, sanki neft-qaz resursları yoxdur ”

"Azərbaycanda genişmiqyaslı özəlləşdirmə həyata keçirilməlidir. Çünki elə müəssisələr var, 20 ildir, işləmir, ancaq nədənsə özəlləşdirməyə çıxarılmır”.

Xeberler.az-ın məlumatına görə, bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı deyib ki, hər bir özəlləşdirilən müəssisənin gələcək fəaliyyəti ilə bağlı biznes-plan təqdim edilməlidir: “Biznes-plan, məsuliyyət, öhdəlik nəzərə alınmalıdır. Yoxsa elə çıxmasın ki, kimsə müəssisəni alacaq, yenə işləməyəcək. Bizə aparıcı xarici məsləhətçi şirkətlər lazımdır, çünki aparılan özəlləşdirmə şəffaf olmalı, dövlətin maraqları təmin edilməlidir”.

"Tələblərə cavab verməyən, böyük qüsurları olan banklar Azərbaycanın bank sektorunda fəaliyyət göstərə bilməz. Biz bank sektorunu sağlamlaşdırmalıyıq. Bu proses təəssüf ki, ləng gedir, prosesi sürətləndirməliyik" -deyən Dövlət başçısı deyib ki, bank sektoru iqtisadiyyatın real sektorunu daha çox kreditlərlə təmin etməlidir: "Mən göstəriş vermişdim ki, hər bir rayonda sənaye zonası yaradılsın, amma bu proses zəif gedir. Bu gün konfransın davamında bu məsələ geniş müzakirə olunmalıdır. Bölgələrə investisiya axınını daha çox Azərbaycan dövləti, sahibkarlar təşkil edirdilər. İndi icra hakimiyyətləri daha fəal olmalıdır. Nə qədər iş yeri açılıb, müəssisə yaradılıb, investisiya cəlb edilib? İcra hakimiyyətlərinin fəaliyyətinə buna əsasən qiymət veriləcək".

“Keçən il Cənub Qaz Dəhlizi istiqamətində mühüm addımlar atılıb, Məşvərət Şurasının iclası keçirilib. Şurada konkret proqram və birgə Bəyannamə qəbul edilib, Azərbaycanın bu sahədə xüsusi rolu qeyd edilib” – bildirən İlham Əliyev deyib ki, Cənub qaz dəhlizi Azərbaycana əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradacaq: “Bu dəhliz onilliklər ərzində Azərbaycana iqtisadi mənfəət, valyuta axını təmin edəcək. Bu il Cənub Qaz Dəhlizinin icrası ilə bağlı əlavə tədbirlər görüləcək”.

Prezident qeyd edib ki, 2015-ci ildə Azərbaycan özünü güclü tranzit ölkəsi kimi təqdim edib: “Şimaldan Cənuba, Şərqdən Qərbə gedən yollar Azərbaycandan keçir. 

Azərbaycan əvəzolunmaz nəqliyyat dəhlizinə çevrilir, biz bu işləri görmüşük. Nəinki Çindən, Orta Asiyadan, Koreyadan da Avropaya yüklər Azərbaycan üzərindən getməyə başlayıb. Eyni zamanda Avropadan, Ukraynadan Çinə yüklər Azərbaycan üzərindən getməyə başlayıb. Bütün bu imkanları biz yaratmışıq. Bu işləri görməsəydik, Azərbaycan mühüm tranzit ölkəsinə çevrilə bilərdimi? Türkiyə ilə birlikdə TANAP-ın əsasını qoymasaq, bu gün Avropanın enerji təhlükəsizliyi ilə bağlı bu layihədən danışıla bilərdimi?..” 

Azərbaycan prezidenti deyib ki, korrupsiya bütün ölkələr üçün böyük bəladır: “Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. “ASAN xidmət” mərkəzləri 7 milyondan çox insana xidmət göstərib, burada rüşvət yoxdur. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur”.

Prezident İlham Əliyev bildirib ki, yerlərdə icra orqanları bu il əsasən iş yerlərinin yaradılması ilə məşğul olmalıdır: “Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”.

Azərbaycan prezidenti deyib ki, Naxçıvanda avtomobil zavodu var: “Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”.

Prezident İlham Əliyev sahibkarlara qarşı süni maneələrin yaradılmasını yolverilməz hesab edir: “Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər. Biz elə işləməliyik ki, sanki neft-qaz resursları yoxdur. Biz indi post-neft dövründə yaşayırıq. Ona görə də qeyri-neft sektorunun inkişafı, ixracdan asılılığın azaldılması dayanıqlı inkişafımızı təmin edəcək”. 

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident növbəti dəfə məmurlara xəbərdarlıq edib

30-01-2017

“Qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək”

25-11-2015

Prezident: Güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir

04-02-2020

“Neft gəlirləri azalır, daha çox innovasiyalara üstünlük verilməlidir”

08-09-2015

“2016-cı il dərin iqtisadi islahatlar ili olacaq”

10-04-2016

“ASAN xidmət-in praktikası bütün yerlərdə tətbiq edilməlidir”

13-10-2015

IT-nin neft-qaz sektoru ilə birləşdirilməsi Azərbaycanın iqtisadi inkişafı üçün yaxşı təkan ola bilər

11-12-2009

Bizə qarşı informasiya müharibəsi aparılır.

17-04-2012

“Verdiyim tapşırıq bəzən müəyyən müddətdən sonra icra edilmir”

26-01-2021

“Azərbaycanda internet azaddır, senzura yoxdur”

09-06-2016

“Lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır”

18-01-2016

Şəhər nəqliyyatı təkmilləşdiriləcək - AÇIQLAMA

11-10-2018

“Referendumdan sonra ölkədə ciddi islahatlar gözlənilir”

26-09-2016

Nazir: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün xüsusi proqram hazırlanıb

05-03-2026

Azərbaycan Prezidenti: Biz hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik

01-05-2019

Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

11-01-2019

“2016-cı il dərin iqtisadi islahatlar ilidir”

30-04-2016

“Bu il daha 3 “ASAN xidmət” mərkəzi açılacaq”

10-04-2015

Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün 17 milyard manat vəsait qoyulacaq

30-01-2019

Elə qurumlar da var ki, ümumiyyətlə elektron xidmət göstərmirlər.

18-04-2012

5 ildə regionların inkişafına 24 milyard manatdan çox vəsait ayrılıb

30-01-2019

Prezident: “Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var”

31-05-2023

Enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib

05-07-2018

Azərbaycanda yeni günəş və külək enerjisi stansiyaları tikiləcək

17-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə