Previous Next
Bağla

Elə qurumlar da var ki, ümumiyyətlə elektron xidmət göstərmirlər.

18-04-2012 14:59
Elə qurumlar da var ki, ümumiyyətlə elektron xidmət göstərmirlər.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetində keçirilən iclasda belə deyib. Onun sözlərinə görə, bununla bağlı müvafiq göstərişlər verilib, sərəncamlar imzalanıb: “Beynəlxalq təcrübə tam şəkildə tətbiq edilməlidir. Burada həm inzibati tədbirlər, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır”.

Dövlət başçısı hesab edir ki, elektron xidmətlərin geniş şəkildə tətbiq edilməsi korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə çox böyük amildir: “Müvafiq göstəriş verilib, sərəncam imzalanıb ki, bütün qurumlar elektron xidmətlər göstərsin. Ancaq mənə bu yaxınlarda verilən arayışa görə, heç də hər yerdə bu, belə deyil. Elə qurumlar, nazirliklər vardır ki, tam şəkildə elektron xidmətləri göstərirlər. Məndəki siyahıda elə qurumlar var ki, elektron xidmətləri qismən göstərirlər. Elə qurumlar da var ki, ümumiyyətlə elektron xidmət göstərmirlər. Mən o qurumların adlarını hələ ki, çəkmək istəmirəm, iki həftə vaxt verirəm, hər bir dövlət qurumunda elektron xidmət yaradılmalıdır. Mənim sərəncamlarım şərtsiz və yubanmadan icra edilməlidir. Sərəncam verilir və hər kəs bilməlidir ki, sərəncamın icrasına nəzarət də var və bu nəzarət güclüdür”.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət-in praktikası bütün yerlərdə tətbiq edilməlidir”

13-10-2015

Elektron hökumətlə bağlı Layihənin adi bir internet resursu yaradılmayıb

19-04-2012

“Telekanallara inzibati metodlar tətbiq olunacaq”

13-11-2009

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin açıqlaması

22-04-2013

İctimai Şuranın facebook səhifəsi yaradılıb

11-03-2013

Bizə qarşı informasiya müharibəsi aparılır.

17-04-2012

Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı daha bir sayt yaradılır

15-04-2011

Elektron xidmətlərin göstərilməsinə hazırlıq sahəsində problemlər var

04-11-2011

“ASAN XİDMƏT” ƏHALİNİN İŞİNİ ASANLAŞDIRACAQMI?

17-07-2012

“Azərbaycanda “facebook” təhlükəsi var”

11-03-2013

Dövlət qurumları vacib və ictimai əhəmiyyət kəsb edən xidmətləri Elektron hökumətdən “gizlədə” bilməyəcəklər.

18-09-2014

"Elektron hökumət" portalı istifadəçiləri sosial şəbəkələrdə digər dövlət qurumlarını geridə qoyub

20-11-2013

Korrupsiyaya qarşı mübarizəyə aid yeni sayt istifadəyə verildi

15-02-2011

“Verdiyim tapşırıq bəzən müəyyən müddətdən sonra icra edilmir”

26-01-2021

Hansı xidmətlər elektron formaya keçiriləcək ?

21-09-2011

“Ultra” şirkətinin rəhbəri: “Elektron hökumət alternativ hökumət deyil”

04-05-2011

Həm ziyarət, həm ticarət - sərgidə bir sənədlə “Elektron hökumət” portalında qeydiyyatdan keçə bilərsiniz

27-09-2013

Elektron-rəqəmli imzaların verilməsi mərkəzi işə salınıb

01-07-2011

Elektron xidmətlərlə bağlı hesabat təqdim olunub

23-12-2014

“Daşınmaz əmlak məlumatlarım” xidməti “myGov” portalına interqasiya olunub

05-03-2020

İcra hakimiyyəti orqanlarının “Elektron hökumət”ə keçidi niyə ləngiyir?

16-11-2013

Dövlət informasiya ehtiyatları və fərdi məlumatlarla bağlı yeni statistika açıqlanıb

17-05-2014

Elektron viza məsələsində problemlər var

14-07-2015

Üç ay ərzində “Elektron xidmət növlərinin siyahısı”na əmlaka dair daha 7 e-xidmət əlavə edilib

24-04-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə