Previous Next
Bağla

Azərbaycanda yeni günəş və külək enerjisi stansiyaları tikiləcək

17-03-2023 14:24
Azərbaycanda yeni günəş və külək enerjisi stansiyaları tikiləcək

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti 2025-ci ilə qədər Azərbaycanda 1 geqavat həcmində günəş, 2026-cı ilə qədər 1 geqavat həcmində külək enerjisi stansiyalarının tikilməsi planlaşdırır.

Bunu "Masdar Azərbaycan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin ölkə meneceri Murad Sadıqov "Yaşıl hidrogen- karbonsuzlaşmaya aparan yol" adlı seminarda deyib.

M. Sadıqov bildirib ki, “Masdar” şirkətinin Azərbaycanda inşa etdiyi Qaradağ Günəş Fotovoltaik (PV) Elektrik Stansiyası layihəsi gələn ilin əvvəlində yekunlaşacaq:

"Amma biz bunu bu ilin sonuna qədər başa çatdırmaq istəyirik. Azərbaycan BƏƏ üçün əsas strateji yerlərdən biridir. Biz burdakı layihələrdə iştirak etməkdən və Azərbaycanın "yaşıl" gündəliyinin tərkib hissəsi olmaqdan çox məmnunuq. Bunun müxtəlif səbəbləri var. Bura dənizdə və quruda bərpa olunan enerji potensialının böyük olması və digər səbəblər aiddir.

Bizim "yaşıl enerji" ilə bağlı gündəliyimiz var. Bu gündəlikdəki məsələlər və bizim hədəflərimiz Azərbaycanın strateji xətti ilə üst-üstə düşür. Bu məsələlər əsasən neft-qaz sektorunun dekarbonizasiyası, mövcud infrastrukturun yaxşılaşdırılması və neft-qaz sektorunda təkmilləşdirmə işlərinin aparılması, yüksək karbon tullantılarının azaldılması, yerli şirkətlər üçün yeni iş yerlərinin açılması, yeni təchizat zəncirinin təşkili və "yaşıl enerji"nin inkişafına töhfə verməklə bağlıdır".

M. Sadıqov qeyd edib ki, "Masdar" olaraq Azərbaycan hökuməti və maraqlı tərəflərlə birlikdə istəyirik ki, Azərbaycanda ilkin investisiya təşəbbüslərini yerinə yetirək və gələcəyə doğru addımlayaq: "Biz SOCAR-la əməkdaşlıq memorandumu imzalamışıq və əməkdaşlığımız davam edir. Eyni zamanda Cənub Qaz Dəhlizi bizim üçün strateji məsələlərdən biridir. Biz yerli təchizat zəncirinin dəyərləndirilməsi barədə tədqiqatlar aparırıq və yerli şirkətlərin də potensialını aşkar edirik ki, onlar da bərpa olunan enerjidən istifadəyə təkan versinlər". (report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə müqavilələr imzalanıb

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə müqavilələr imzalanıb

04-06-2024
Azərbaycanda yeni istifadəyə veriləcək külək və günəş enerjisi istehsalının həcmi açıqlanıb

Azərbaycanda yeni istifadəyə veriləcək külək və günəş enerjisi istehsalının həcmi açıqlanıb

01-06-2023
Prezident: "Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq"

Prezident: "Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq"

03-02-2023
İlham Əliyev: “Azərbaycanı bərpa olunan enerji istehsalçısı və ixracatçısına çevirməyə çalışırıq”

İlham Əliyev: “Azərbaycanı bərpa olunan enerji istehsalçısı və ixracatçısına çevirməyə çalışırıq”

25-04-2023
Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək

Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək

23-01-2023
Azərbaycanın bu bölgəsində damüstü günəş sistemləri qurulacaq

Azərbaycanın bu bölgəsində damüstü günəş sistemləri qurulacaq

04-06-2022
Regionun ən böyük günəş elektrik stansiyası - “Qaradağ” yaxın günlərdə istifadəyə veriləcək

Regionun ən böyük günəş elektrik stansiyası - “Qaradağ” yaxın günlərdə istifadəyə veriləcək

21-10-2023
"Masdar" və Çin şirkəti arasında "Qaradağ" GES-lə bağlı müqavilə imzalanıb

"Masdar" və Çin şirkəti arasında "Qaradağ" GES-lə bağlı müqavilə imzalanıb

16-06-2022
“Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməsini qarşısına hədəf qoyub”

“Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməsini qarşısına hədəf qoyub”

26-05-2023
Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

14-10-2022
“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021
Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib

22-06-2022
Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

05-06-2023
Prezident: “Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var”

Prezident: “Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var”

31-05-2023
SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq

SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq

02-06-2026
Azercell yaşıl baza stansiyalarının sayını artırır

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024
BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var

BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var

06-02-2023
SOCAR "Baykar" şirkətini "yaşıl enerji" ilə təmin edib

SOCAR "Baykar" şirkətini "yaşıl enerji" ilə təmin edib

30-08-2023
“Yaşıl dəhliz” layihəsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir”

“Yaşıl dəhliz” layihəsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir”

05-04-2023
Azərbaycan və Tunis "yaşıl enerji" ilə bağlı əməkdaşlığı müzakirə edib

Azərbaycan və Tunis "yaşıl enerji" ilə bağlı əməkdaşlığı müzakirə edib

17-01-2023
İlham Əliyev: "Yaşıl enerji layihəsi çox strateji və böyük sərmayə tələb edən layihədir"

İlham Əliyev: "Yaşıl enerji layihəsi çox strateji və böyük sərmayə tələb edən layihədir"

02-02-2023
ABŞ səfirliyi günəş panelləri quraşdırır

ABŞ səfirliyi günəş panelləri quraşdırır

11-08-2022
“Siemens Energy” şirkətinin nümayəndəsi ilə görüş keçirilib

“Siemens Energy” şirkətinin nümayəndəsi ilə görüş keçirilib

29-12-2022
Avropa Komissiyası təmiz enerjiyə keçid səylərində Azərbaycanı dəstəkləməyə davam edəcək

Avropa Komissiyası təmiz enerjiyə keçid səylərində Azərbaycanı dəstəkləməyə davam edəcək

02-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə