Previous Next
Bağla

Enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib

05-07-2018 11:07
Enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib

Ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə Azərenerji Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevə xitabən deyib:

"Bəziləri qəzanı isti hava ilə bağlayırlar. Bizdən də isti ölkələr var. Orada belə qəzalar baş vermir və baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi yumşaq desək, böyük səhvdir".

Dövlət başçısı qeyd edib ki, indi bizim kifayət qədər enerji gücümüz var: "Mən bunu giriş sözümdə qeyd etdim. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisini ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Qeyd etdiyim kimi, bu məqsədlə komissiya yaradılıb və siz sadəcə olaraq xalq qarşısında, ölkə qarşısında utanmalısınız. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin burada deyilən ziyanını hesablasaq, məlum olur ki, ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib.

Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət investisiya proqramında hər il bu məqsədlə böyük vəsait ayrılıb. İndi yeni elektrik stansiyaları tikilir. Şimal-2 elektrik stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya tikilib. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları qəza baş verəndən sonra fəaliyyətini dayandırdı? Bunun səbəbləri haqqında danışmalısınız. Siz bunun izahatını verməlisiniz. İndi havaların isti keçməsi, istehlakın artması barədə verilən məlumat məni qətiyyən qane edə bilməz".

Dövlət başçısı bildirib ki, bununla bağlı yaradılan komissiyanın üzvləri ciddi işləməlidirlər. Prezident İlham Əliyev həm birinci, həm də ikinci qəzanın səbəbləri barədə qısa müddət ərzində ona məruzə edilməsi barədə göstəriş verib. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident İlham Əliyev: "Bir qəzaya görə bütün enerji sistemi çökməməlidir"

10-07-2018

Elektrik stansiyasının avtomatika və idarəetmə sistemi pozulub - Yaqub Eyyubov

05-07-2018

Prezident: “ Mütləq alternativ enerji mənbələri yaratmalıyıq”

10-04-2018

Azərbaycan İstilik Elektrik Stansiyasının fəaliyyəti bərpa edilib

04-07-2018

Prezident qəza ilə əlaqədar Dövlət Komissiyası yaradıb

03-07-2018

İlham Əliyev: “Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlarımız var”

14-03-2023

Qəzadan öncə SCADA-nın hansı vəziyyətdə olması bilinmir - Osman Gündüz

05-07-2018

Almaniya Yeni il hədiyyəsi olaraq pulsuz enerji verir

31-12-2016

Prezident xarici və yerli investorları Azərbaycana sərmayə qoymağa çağırıb

08-01-2026

Enerji sektorunda “3 iyul böhranı” təkrarlana bilərmi?

03-07-2019

Ölkəni enerji ilə təmin etməyə 5 milyard avro kifayətdir

06-07-2018

Azərenerji ASC Şüvəlanda itirilmiş 30 MVt gücü bərpa etdi

15-04-2019

Enerji sektorunda baş verən qəza, onun səbəbləri və nəticələri haqqında

04-07-2018

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021

Azərbaycanın İnformasiya Texnologiyaları İnstitutu yeni layihələr üzərində iş aparır

14-05-2015

Azərenerji enerji sisteminin dispetçer mərkəzini yenidən qurur

12-02-2019

Dünyada ilk üzən elektrik stansiyası yaradılır

14-11-2015

İlham Əliyev: “Azərbaycanı bərpa olunan enerji istehsalçısı və ixracatçısına çevirməyə çalışırıq”

25-04-2023

İlham Əliyev “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edib

24-06-2025

Azərenerji elektrik enerjisi istehsalını artırıb

23-11-2018

Azərbaycanda yeni günəş və külək enerjisi stansiyaları tikiləcək

17-03-2023

"Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılışı keçirilib

08-01-2026

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə müqavilələr imzalanıb

04-06-2024

Prezident İsmayıllıda Su Elektrik Stansiyasının açılışında iştirak edib

11-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə