Previous Next
Bağla

“Referendumdan sonra ölkədə ciddi islahatlar gözlənilir”

26-09-2016 12:01
“Referendumdan sonra ölkədə ciddi islahatlar gözlənilir”

"Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb". 

Xeberler.az məlumat verir ki,  bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O vurğulayıb ki, dövlət başçısı İlham Əliyev 2016-cı il ölkədə islahatlar ili elan edilib: "İslahatlar artıq başlayıb. Əlbəttə, Azərbaycan post-neft dövrünə hazırlaşırdı, ancaq belə tez bir zamanda post-neft dövrünün gələcəyini gözləmirdik. Buna müvafiq olaraq da Prezident İlham Əliyev dərhal operativ, çevik islahatların keçirilməsi təşəbbüsünü irəli sürdü. Hazırda həmin islahatlar paketi qəbul olunub, islahat qatarı reysə buraxılıb. Bu iş üçün ölkənin bütün imkanları, həm inzibati, həm iqtisadi, həm də insan resursları səfərbər edilməkdədir. Ona görə də referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda post-neft dövründə çevik iqtisadi islahatların keçirilməsi, effektli idarəçilik sisteminin yaradılması və mövcud bürokratik idarəçilikdəki bəzi mexanizmlərin aradan qaldırılmasıdır".

Ə.Həsənov qeyd edib ki, referendum bir tərəfdən Azərbaycanın inkişafından irəli gələn vəzifələrlə bağlıdırsa, digər tərəfdən qarşıda Azərbaycanı gözləyən vəzifələrlə bağlıdır: "Çevik iqtisadi, siyasi və bütün sahələrdəki idarəçilik ona istiqamətlənib ki, dövlətin inkişafında gecikmələr olmasın. Milli iqtisadiyyatımız dərhal post-neft dövrünün qanunlarına, tələblərinə uyğunlaşdırılsın. Bunun nəticəsində də Azərbaycan xalqının firəvan həyatını təmin edək". (Report)

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əli Həsənov Azərbaycan prezidentinin köməkçisi təyin edilib

23-02-2015

“2016-cı il dərin iqtisadi islahatlar ili olacaq”

10-04-2016

“Qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq”

10-01-2017

Prezident Administrasiyasının yeni strukturu məlum oldu

30-11-2019

Prezident Administrasiyasının strukturunda dəyişiklik edilib

01-06-2017

Azərbaycanın Doing Business hesabatında yenidən irəliləməsi gözlənilir

20-02-2019

“Onlayn media məsələsi Seçki Məcəlləsində əksini tapmalıdır”

31-08-2016

“Qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək”

25-11-2015

“Yeni kanal informasiya sahəsində inhisara müqavimət göstərəcək”

19-08-2015

İnternet-radio və internet-TV Azərbaycanda lisenziyalaşdırılmayacaq

01-07-2010

““Diffamasiya haqqında” qanunun qəbul edilməsi əks effekt yarada bilər”

31-05-2016

“Nağdsız ödənişlər barədə orqanlar qarşısında vəzifələr qoyulub”

23-01-2018

“Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb”

10-10-2017

Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

11-01-2019

Prezident: “Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq”

12-01-2015

25 Aprel Azərbaycanda Sahibkarlar Günüdür

25-04-2023

Azərbaycanda ciddi struktur islahatları gözlənilir

12-01-2019

““Elektron məhkəmə” sisteminin yaradılması şəffaflığı təmin edəcək”

05-11-2015

Vüsal Qasımlı: Struktur islahatları idarəetməni daha çevik, yığcam və məqsədyönlü edəcəkdir

15-01-2019

“ASAN viza” turizmin inkişafına böyük töhfələr verir

25-08-2018

İİTKM-də Strateji Yol Xəritələri üzrə işçi qrupların müzakirələri keçirilib

06-12-2018

İndoneziya ASAN xidmət modelini seçib-Foto

26-07-2017

“Azərbaycanda internet azaddır, senzura yoxdur”

09-06-2016

“İqtisadi islahatlar” elmi-analitik jurnalının üçüncü sayı nəşr olunub

05-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə