Previous Next
Bağla

Prezident: Güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir

04-02-2020 10:01
Prezident: Güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir

"Mən bir məsələyə də toxunmaq istəyirəm. Rayon və kənd yerlərində təklif olunan girov əmlaklar bir çox hallarda banklar tərəfindən girov kimi qəbul edilmir. Onlar Bakıda girov əmlak istəyirlər. Buna son qoyulmalıdır. Burada heç bir ayrı-seçkiliyə yol vermək olmaz. Ona görə aidiyyəti qurumlar bu məsələ ilə də ciddi məşğul olsunlar".

Xeberler.az bildirir ki, bunu Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Dövlət başçısı bildirib ki, sahibkarlığın inkişafı üçün dövlət bu il də kifayət qədər böyük vəsait nəzərdə tutur:

"Bu, artıq verilmiş və qaytarılmış kreditlərin hesabına baş verir. Güzəştli şərtlərlə 200 milyon manata yaxın kreditlər veriləcək. Deyə bilərəm ki, son illər ərzində sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox vəsait verilmişdir. Ancaq verilən bu kreditlərə həm nəzarət gücləndirilməlidir, həm də biznes layihələrinə yenidən baxmaq lazımdır. Çünki aparılan təhlil göstərir ki, hər bir iş yerinin yaradılması üçün kifayət qədər böyük vəsait xərclənir.

Əvvəlki illərdə üstünlük daha çox iri layihələrə verilirdi, bu da təbii idi. Çünki bu aqroparkların və digər iri sənaye müəssisələrinin yaradılması hesab edirəm ki, zəruri idi. Ancaq hazırda daha çox güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir. Çünki biz yaxşı bilirik ki, inkişaf etmiş ölkələrin ümumi daxili məhsulu böyük dərəcədə kiçik və orta sahibkarlıq tərəfindən formalaşır. Biz də bu yolla getməliyik. Xüsusilə nəzərə alsaq ki, bizim iqtisadiyyatımızın aparıcı hissəsi neft-qaz sənayesidir. Ona görə bu il güzəştli biznes-kreditlərinin tərkibində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazir: "Sahibkarlara 105 milyon manatdan çox güzəştli kredit verilib"

16-11-2022

“Neft gəlirləri azalır, daha çox innovasiyalara üstünlük verilməlidir”

08-09-2015

Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün 17 milyard manat vəsait qoyulacaq

30-01-2019

5 ildə regionların inkişafına 24 milyard manatdan çox vəsait ayrılıb

30-01-2019

Naxçıvanda sahibkarlara güzəştli kreditlər verilməsi üçün məqsədli limit ayrılacaq

20-09-2023

Sahibkarlığın İnkişafı Fondu 10 ayda 106 milyon manat kredit verib

14-11-2022

Prezident növbəti dəfə məmurlara xəbərdarlıq edib

30-01-2017

Görən kimi haradasa iş başlayır, dərhal cumurlar ora, nəsə qopartmaq istəyirlər

04-02-2020

"Azərbaycanda sahibkarlar güzəştli kreditlərə üstünlük verir"

02-12-2022

Sahibkarlığın İnkişafı Fondu I yarımildə 52 milyon manat kredit verib

13-07-2023

“Biz elə işləməliyik ki, sanki neft-qaz resursları yoxdur ”

26-01-2016

Prezident RYTN-də baş verənlərdən danışdı: “Bu, bütün qurumlara dərs olmalıdır”

12-01-2016

Gənc sahibkarlara 307,9 milyon manat güzəştli kredit verilib

11-02-2016

Kiçik və orta sahibkarların 7 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur

01-12-2022

Azərbaycan Prezidenti: Biz hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik

01-05-2019

Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır

15-01-2020

İlham Əliyev: İKT növbəti illər üçün prioritet olmalıdır

29-05-2012

“2016-cı il dərin iqtisadi islahatlar ili olacaq”

10-04-2016

Mikayıl Cabbarov: “KOB-ların qeyri-neft ixracında payı 60 faizə çatıb”

01-12-2022

ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək

06-04-2026

Xidmət sahələri üzrə təkliflər bazası yaradılıb

28-11-2018

Prezident startaplara dəstəyin vacibliyindən danışıb

02-02-2016

Məmurlarla iş adamları bir arada

03-02-2020

Yaxın günlərdə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun ilk müsabiqəsi elan olunacaq

19-02-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə