Previous Next
Bağla

“Elektron hökumət” portalı yeniləndi

09-10-2015 09:55
“Elektron hökumət” portalı yeniləndi

Məlumat verdiyimiz kimi “Elektron hökumət” portalının (e-gov.az) üzərində işlər davam etdirilirdi.

Bu gün "Elektron hökumət"portlı yeni dizaynda vətəndaşlara təqdim olundu.

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) Xeberler.az-a verilən məlumata görə, “Elektron hökumət” portalı yeni dizaynda vətəndaşlara təqdim olunub.

MHM-dən bildirilib ki, portalın yeni dizaynı vizuallığı ilə istifadəçilərə xoş təsir bağışlayacaq. Eyni zamanda bir çox xidmətlərin daha əlçatan olmasını təmin etmək üçün ayrıca bölmələr şəklində vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemdən qeydiyyatdan keçmək lazımdır. Portalda həmçinin, qeydiyyatsız xidmətlər də mövcuddur. Bir çox yeni bölmələr və əlavə məlumatlarla zəngin olan portalda vətəndaş, sahibkar və qeyri rezidentlər üçün də bölmələr yaradılıb.

Sevinc Çəltikova

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə