Previous Next
Bağla

Portalda açıq edilən məlumatların formatı necə olmalıdır?

15-02-2017 13:20
 Portalda açıq edilən məlumatların formatı necə olmalıdır?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində “Açıq hökumət məlumatları” mövzusunda görüş keçirilib.

Nazirliyin bütün strukturlarını əhatə edən görüşdə “Açıq Hökumət Məlumatları” portalı, açıq məlumatlar, bu məlumatlar üzərindən hazırlanmış mobil tətbiqlər və bu tətbiqlərin dünya iqtisadiyyatına gətirdiyi gəlir, eyni zamanda portalda açıq məlumatların sayının artırılması barədə müzakirələr aparılıb.

Xeberler.az-ın məlumatına görə, tədbirdə çıxış edən Məlumat Hesablama Mərkəzinin (MHM) direktor müavini Elçin Əliyev açıq məlumatların “Elektron hökümət” quruculuğunda yeni bir inkişaf mərhələsi olduğunu vurğulayıb.

Elçin Əliyev artıq 2 ildir ki, vətəndaşların ixtiyarında olan, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daxili imkanları hesabına yaradılmış data.gov.az  adlı “Açıq Hökumət Məlumatları” portalında 25 adda məlumat yer aldığını qeyd edib. 

MHM-in baş mütəxəssisi Nadir Rəsulov isə “Açıq Hökumət Məlumatları” portalında açıq məlumatların sayının artırılmasını qarşıya məqsəd qoyulduğunu nəzərə çatdırıb.

Bu məqsədlə nazirliyin bütün strukturlarından öz səlahiyyətləri çərçivəsində ictimai əhəmiyyətli məlumatları kompüter proqramı tərəfindən oxunaqlı formata gətirərək, hökumət portalına yerləşdirmək tələb olunur.

Nadir Rəsulov qeyd edib ki, hansı məlumatları açıq etmək hər bir qurumun öz səlahiyyəti çərçivəsindədir, açıq edilən məlumatlar formatı isə müəyyənləşdirilmiş texniki şərtlərə uyğun olmalıdır.

Daha sonra “Açıq Hökumət Məlumatları” portalı haqda keçirilən təqdimatda iştirakçılara “açıq hökumət, açıq məlumatlar, açıq servislər”lə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, sahibkarlara dəstək, startapların və vətəndaş cəmiyyətinin inkişafı, açıq hökumət məlumatlarının əsas istiqamətləridir.

Bu məqsədlə hər kəs fəaliyyət göstərdiyi qurumun mülkiyyətində olan müvafiq məlumatların “Açıq Hökumət Məlumatları” portalına yerləşdirilməsini təmin etmək üçün təşəbbüs göstərməli və bu sahənin inkişafına dəstək olmalıdır.

Görüşdə məlumatların açıq edilməsi və portalın texniki məsələləri ilə bağlı MHM-in Yeni Texnologiyalar şöbəsinin müdiri Cəmşid Naxçıvanski ətraflı məlumat verib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 Data.gov.az-ın yeni versiyası təqdim edilib

Data.gov.az-ın yeni versiyası təqdim edilib

21-11-2017
Portalda 25 növ məlumat bazası açıq elan edilib

Portalda 25 növ məlumat bazası açıq elan edilib

21-11-2015
Bakıda “Açıq hökumət məlumatları” mövzusunda konfrans keçirilib

Bakıda “Açıq hökumət məlumatları” mövzusunda konfrans keçirilib

07-02-2017
Açıq Məlumatlar portalı genişlənir

Açıq Məlumatlar portalı genişlənir

07-05-2015
“Açıq Hökumət Məlumatları” portalı birinci oldu

“Açıq Hökumət Məlumatları” portalı birinci oldu

21-12-2017
 Hökumət portalına yeni məlumat bazaları əlavə olunub

Hökumət portalına yeni məlumat bazaları əlavə olunub

23-04-2015
Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

10-06-2015
MHM monitorinqdən əvvəl sorğu aparır

MHM monitorinqdən əvvəl sorğu aparır

11-06-2015
Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015
Dövlət qurumları niyə açıq məlumatlarını portala yerləşdirmir?

Dövlət qurumları niyə açıq məlumatlarını portala yerləşdirmir?

27-11-2015
“Vahid Miqrasiya Məlumat Sistemi” müzakirə edildi

“Vahid Miqrasiya Məlumat Sistemi” müzakirə edildi

29-10-2015
“Elektron hökumət və gənclər” seminarı keçirilib

“Elektron hökumət və gənclər” seminarı keçirilib

29-09-2015
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

21-12-2016
 “Elektron hökumət” mövzusunda seminar keçirilib

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017
E-xidmətlərdən istifadə edənlərin sayı artıb

E-xidmətlərdən istifadə edənlərin sayı artıb

05-07-2015
Məlumatların açıq elan edilməsi üzrə ölkələrin statistikası açıqlanıb

Məlumatların açıq elan edilməsi üzrə ölkələrin statistikası açıqlanıb

18-12-2015
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

16-12-2016
www.data.gov.az - Açıq Hökumət Məlumatları portalı təqdim olunacaq

www.data.gov.az - Açıq Hökumət Məlumatları portalı təqdim olunacaq

12-01-2015
Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017
Daha bir bank “Elektron Hökumət” portalına qoşuldu

Daha bir bank “Elektron Hökumət” portalına qoşuldu

10-09-2015
Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

21-02-2015
Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015
Nömrələrin satış qaydalarında mühüm dəyişiklik edilib

Nömrələrin satış qaydalarında mühüm dəyişiklik edilib

21-10-2015
Tələbələr və startapçılarla görüş keçirilib

Tələbələr və startapçılarla görüş keçirilib

28-02-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə