Previous Next
Bağla

“Enterprise Azerbaijan” və “Astana Hub” arasında əməkdaşlıq qurulur

04-06-2026 17:19
“Enterprise Azerbaijan” və “Astana Hub” arasında əməkdaşlıq qurulur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı ilə Mərkəzi Asiyanın ən böyük innovasiya mərkəzlərindən biri hesab olunan “Astana Hub” arasında əməkdaşlığın qurulması məqsədilə Qazaxıstanın paytaxtı Astanada görüş keçirilib. “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Astana Hub”ın Beynəlxalq əlaqələr və investisiya ofisinin direktoru Daniyar Jumağulov ilə görüşüb.

Xeberler.az bildirir ki, görüşdə “Astana Hub” tərəfindən regionda innovasiya ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən layihələr, startapların inkişafına yönəlmiş dəstək proqramları, inkubasiya və akselerasiya mexanizmləri, eləcə də texnologiya əsaslı sahibkarlığın təşviqi sahəsində tətbiq olunan qabaqcıl təcrübələr barədə məlumat təqdim olunub. Həmçinin mərkəzin beynəlxalq innovasiya şəbəkələrinə inteqrasiya təcrübəsi, xarici investisiyaların cəlb edilməsi və startapların qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Tərəflər “Enterprise Azerbaijan” portalı ilə “Astana Hub” arasında potensial əməkdaşlıq istiqamətlərini, o cümlədən startapların beynəlxalq bazarlara çıxışının dəstəklənməsi, təcrübə və bilik mübadiləsinin təşviqi, birgə akselerasiya proqramları və innovasiya layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin innovasiya ekosistemləri arasında əlaqənin gücləndirilməsi, genişmiqyaslı innovasiya layihələrinin icrası və ortaq startap təşəbbüslərinin formalaşdırılması imkanları da müzakirə olunub.

Görüşün nəticəsi olaraq tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulması və  inkişaf etdirilməsi istiqamətində müvafiq rəsmi prosedurların başlanılması barədə ilkin razılıq əldə olunub. Bu əməkdaşlığın gələcək mərhələdə innovasiya, sahibkarlıq və investisiya sahələrində yeni imkanlar yaradacağı, həmçinin Türk dünyasında ortaq ekosistemin inkişafına töhfə verəcəyi qeyd edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İRİA ilə “Astana Hub” arasında anlaşma memorandumu imzalanıb

28-11-2025

Telegram Astana Hub ilə əməkdaşlığa başlayıb

01-07-2025

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025

“Enterprise Azerbaijan” beynəlxalq əməkdaşlıq görüşündə təmsil olunub

28-01-2026

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025

“Enterprise Azerbaijan”nın rəhbəri Azərbaycanın startap imkanlarından danışıb

22-08-2025

"Startup School 3" layihəsinin açılış mərasimi keçirilib

08-08-2025

Astana Hub və INNOLAND arasında əməkdaşlıq memorandumu imzalanıb

29-10-2019

“Startup School 3” çərçivəsində memorandum imzalanıb

21-06-2025

“Enterprise Azerbaijan” “IDDA Awards 2025” müsabiqəsində iştirak edir

04-11-2025

“Enterprise Azerbaijan” portalı startap komandaları arasında intellektual yarış keçirəcək

10-10-2024

Enterprise Azerbaijan və Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

26-07-2022

"Enterprise Azerbaijan" və "Licorne Gulf Qatar" arasında Memorandum imzalanıb

17-09-2025

Azərbaycan və Qazaxıstan İKT sahəsində əməkdaşlığı müzakirə edib

21-10-2025

KOBİA startapların inkişafı üçün yeni proqramlar tətbiq edəcək

01-12-2025

“TurkicExport” portalının layihəsi təqdim edilib

19-02-2024

Bu qurumlar startaplara dəstək layihəsi icra edirlər

05-12-2022

“Startup School 3” layihəsi müzakirə edilib

27-02-2025

Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platforması yaradılacaq

24-10-2025

EnterpriseAzerbaijan.com portalı beynəlxalq görüşdə təmsil olunub

01-07-2022

"Enterprise Azerbaijan"nın rəhbəri Özbəkistanda bir sıra görüşlər keçirib

25-08-2025

“Enterprise Azerbaijan” portalı startap komandaları üçün intellektual yarış təşkil edib

23-10-2024

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025

AMEA-da “Startup School 3” layihəsi təqdim edilib

14-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə