Previous Next
Bağla

“Əsas məqsədimiz Bakcell-i digər rəqiblərdən fərqləndirməkdir”

13-01-2017 12:32
“Əsas məqsədimiz Bakcell-i digər rəqiblərdən  fərqləndirməkdir”

Bakcell “Bax nələr mümkündür” yeni şüarını ictimaiyyətə təqdim edib.

Xeberler.az-ın məlumatına görə, şirkətin icraçı direktoru  Nikolai Bekers bildirib ki,  Bakcell təsis olunduğu gündən özünü qiymət və keyfiyyət nisbətinə önəm verən bir operator kimi təqdim edib:

“ Müştərilərimizin ehtiyac və gözləntilərinin daim diqqət mərkəzində saxlanması bizi Bakcell-in özünü ictimaiyyətə təqdimatını dəyişərək, onu daha fərqli və unikal etməyə ilhamlandırır. Zaman sürətlə dəyişir və dövrümüzün bütün çağırışlarına cavab vermək üçün biz zamanın nəbzini tutmalıyıq. Bu gün telekommunikasiya sahəsi daha çox mobil internetə, smartfonlara, tətbiqetmələrə, sürətə və digər texnoloji innovasiyalara yönəlib. Bu sahədə tərəqqi çox sürətlə gedir və texnoloji şirkət olaraq, biz müştərilərimizin bazarda mövcud olan ən yaxşı və təhlükəsiz həllərdən faydalanmalarına kömək edirik”.

Onun sözlərinə görə, Bakcell təkcə texnologiya, təkliflər, danışıq dəqiqələri və meqabaytlar deyil, həmçinin insanların həyatında etdiyi müsbət dəyişikliklərdir:

“Kommunikasiya dövrü düşündüklərimizdən daha artıqdır: o, bir çox müxtəlif imkanlar yaradır və bizim məqsədimiz insanların bu cür imkanlardan istifadə edə bilməsini asanlaşdırmaqdır. Beləliklə, Bakcell-in yeni mövqeləndirmə strategiyasının məqsədi insanların həyatına daha çox fayda gətirmək, habelə kommunikasiya dövrünün təklif etdiyi müxtəlif imkanların müştərilərimiz tərəfindən mənimsənilməsini təmin etməkdir”.

Nikolai Bekers  qeyd edib ki, yeni “Bax nələr mümkündür” fəlsəfəsini rəhbər tutaraq, Bakcell şirkəti öz təkliflərini, innovasiyaları, xidmət və məhsullarını elə bir tərzdə təqdim etməyə çalışacaqdır ki, onlar insanların gündəlik həyatını, işini və asudə vaxtlarını ən müasir texnoloji yeniliklərlə əhatə etsin:

“ Bu yeni mövqeləndirmədə əsas məqsəd telekommunikasiya sahəsində Bakcell-i digər rəqiblərdən aydın şəkildə fərqləndirmək, müştəriyönümlü olmaq və onların gözləntilərinə cavab verməkdir. Telekommunikasiya sahəsinin getdikcə daha çox mobil internetə, smartfonlara, tətbiqetmələrə, sürətə və digər texnoloji innovasiyalara yönəldiyini nəzərə alaraq, Bakcell sadəcə çalışacaqdır ki, onun müştəriləri öz telefonları, bağlantıları, internet və sürətləri ilə edə biləcəkləri inanılmaz şeyləri görə bilsinlər”.

Qeyd edək ki, “Bax nələr mümkündür” Bakcell-in gündəlik fəaliyyətinin əsas istiqaməti olacaq və müştərilərin müsbət dəyişikliklərə və innovasiyalara olan ehtiyacını ünvanlayacaq.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell-in yeni Satış və Xidmət Mərkəzi açılıb- Foto

27-07-2016

“Bakcell cəbhə bölgəsində xüsusi güzəştlər edəcək”

05-05-2017

“Bakcell müştəriləri danışıq və internet üçün daha az xərcləyir”

16-02-2016

Bakcell və Ultra Microsoft Enterprise müqaviləsi imzalayıb

07-09-2010

Bakcell korporativ müştəriləri üçün yenilik edib

19-09-2016

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

Bakcell abunəçilərinə iki növ 3G tarifi təklif edir

25-11-2011

Bakcell mobil texnologiya sahəsində ən son yenilikləri ölkəyə gətirir

05-03-2019

"Bakcell" Türkiyəyə xüsusi telekommunikasiya avadanlıqları göndərib

08-02-2023

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

06-02-2026

“Bakcell”in rəhbəri dəyişdi

08-02-2011

Bakı-Sumqayıt dəmir yolu xətti Wi-Fi ilə təmin edilib

06-10-2015

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

06-05-2025

Bakcell Əhmədlidə yeni mağaza açdı

31-10-2023

“Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

14-10-2009

Bakcell şirkəti diler şəbəkəsi vasitəsilə öz xidmətlərini genişləndirir

14-12-2010

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

25-04-2025

Səyahət üçün sərfəli rouminq fürsətləri

20-07-2023

Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi

12-10-2016

Bakcell-in yeni icraçı direktoru kimdir?

19-05-2016

Bakcell jurnalistlər üçün İT seminar təşkil edib

02-08-2017

Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürəti nazirə təqdim edilib

05-12-2018

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

09-09-2024

Azərbaycanda ən böyük BakcellIM Sumqayıtda açılıb

19-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə