Previous Next
Bağla

Bakcell jurnalistlər üçün İT seminar təşkil edib

02-08-2017 15:55
Bakcell jurnalistlər üçün İT seminar təşkil edib

Bakcell şirkəti jurnalistlər üçün “Mobil telekommunikasiyaya giriş” adlı növbəti seminar keçirib.

Xeberler.az-ın məlumatına görə, builki seminarda rəqəmsallaşdırma, rouminq, Azərbaycanda startap mühiti və AppLab layihəsi, İnternet məhsulları, informasiya təhlükəsizliyi, Bakcell-in korporativ müştərilərinə təqdim etdiyi innovativ həllər və digər mövzular ətrafında müzakirələr aparılıb.

“Mobil telekommunikasiya dünyada ən sürətlə inkişaf edən sahələrdən biridir. Telekommunikasiya sahəsindən yazan jurnalistlərin bu sahədə baş verən yeniliklərlə daha yaxından tanış ola və bunu öz gündəlik fəaliyyətlərində əks etdirə bilmələri üçün Bakcell şirkətinin mütəxəssisləri məmnuniyyətlə bizim seminarlara qoşulur. Biz artıq dördüncü ildir ki, davamlı olaraq 30-40 nəfər mətbuat nümayəndəsinin iştirakı ilə “Mobil telekommunikasiyaya giriş” seminarları təşkil edirik və bu təşəbbüsü gələcəkdə də davam etdirmək niyyətindəyik”, deyə Bakcell şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib. 

Seminarda müştəri təcrübəsi və kanalların idarə edilməsi üzrə yarımbölmə rəhbəri Emin Əsgərsoy rəqəmsal transformasiyanın əsas trendləri və onun müştəri məmnuniyyətinin yüksəldilməsinə yönəlmiş müsbət təsirləri haqqında danışıb.

Bakcell-in hesab ötürmə məlumat mübadiləsi qrupunun baş mütəxəssisi Lev Quninin təqdimatı vasitəsilə mətbuat nümayəndələri rouminq xidmətinin fəaliyyət mexanizmi, tariflərin tənzimlənməsi, müxtəlif ölkələrin mobil operatorları ilə rouminq üzrə tərəfdaşlıqların qurulması qaydaları və rouminq şöbəsinin xidmətin təşkili prosesi ilə tanış olublar.   

Data məhsullarının inkişafı üzrə baş mütəxəssis Nazlı Orucova seminar iştirakçıları qarşısında Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülmüş Bakcell-in təqdim etdiyi ən innovativ mobil data məhsulları, əlavələrin inkişafı üzrə menecer Orxan Babayev Azərbaycanda startap mühiti və Bakcell-in Applab proqramı və məhsulun inkişafı üzrə meneceri Şamil Həsənov şirkətin korporativ abunəçilərə təqdim etdiyi unikal xidmətlər və informasiya təhlükəsizliyi haqqında təqdimatlar edib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mobil telekommunikasiyaya giriş adlı seminar keçirilib

Mobil telekommunikasiyaya giriş adlı seminar keçirilib

25-12-2018
Bakcell jurnalistlər üçün seminar keçirib

Bakcell jurnalistlər üçün seminar keçirib

27-12-2022
Bakcell jurnalistlər üçün növbəti dəfə seminar keçirib

Bakcell jurnalistlər üçün növbəti dəfə seminar keçirib

11-10-2019
“Bakcell” rouminq tərəfdaşlarının sayını 2,5 dəfə artırıb

“Bakcell” rouminq tərəfdaşlarının sayını 2,5 dəfə artırıb

27-08-2010
Səyahət üçün sərfəli rouminq fürsətləri

Səyahət üçün sərfəli rouminq fürsətləri

20-07-2023
Bakcell jurnalistlər üçün seminar təşkil edib

Bakcell jurnalistlər üçün seminar təşkil edib

13-10-2021
Bakcell 14 ölkədə 4G rouminq xidmətini aktivləşdirib

Bakcell 14 ölkədə 4G rouminq xidmətini aktivləşdirib

03-07-2015
Peşəkar PR mütəxəssisi “Bakcell”dən ayrılıb

Peşəkar PR mütəxəssisi “Bakcell”dən ayrılıb

05-07-2023
Bakcell Rusiyada olan abunəçiləri üçün yenilik edib

Bakcell Rusiyada olan abunəçiləri üçün yenilik edib

19-07-2016
Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29-11-2018
Bakcell Gold abunəçilər üçün rominq kampaniyasını təqdim edir

Bakcell Gold abunəçilər üçün rominq kampaniyasını təqdim edir

14-07-2015
“Bakcell”in rəhbəri dəyişdi

“Bakcell”in rəhbəri dəyişdi

08-02-2011
Bakcell jurnalistlər üçün təlim keçirdi

Bakcell jurnalistlər üçün təlim keçirdi

30-11-2014
“Sərfəli qiymətlərlə  ən üstün mobil rabitə xidməti təqdim edirik”

“Sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik”

30-09-2015
Bakcell şirkəti rouminq qiymətlərində endirim etdi

Bakcell şirkəti rouminq qiymətlərində endirim etdi

22-04-2011
İrana səfər edən Bakcell abunəçiləri üçün fürsət

İrana səfər edən Bakcell abunəçiləri üçün fürsət

10-08-2016
“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

09-09-2024
BƏƏ-də olan Bakcell abunəçiləri  hər MB üçün cəmi 1 qəpik ödəyəcək

BƏƏ-də olan Bakcell abunəçiləri hər MB üçün cəmi 1 qəpik ödəyəcək

10-06-2016
Bakcell və Ultra Microsoft Enterprise müqaviləsi imzalayıb

Bakcell və Ultra Microsoft Enterprise müqaviləsi imzalayıb

07-09-2010
Bakcell şirkəti diler şəbəkəsi vasitəsilə öz xidmətlərini genişləndirir

Bakcell şirkəti diler şəbəkəsi vasitəsilə öz xidmətlərini genişləndirir

14-12-2010
Bakcell-in stendi Ən yaxşı korporativ üslub sertifikatına layiq görülüb

Bakcell-in stendi Ən yaxşı korporativ üslub sertifikatına layiq görülüb

09-12-2019
“Bakcell”in PR və Korporativ Kommunikasiyalar üzrə direktoru işdən çıxıb

“Bakcell”in PR və Korporativ Kommunikasiyalar üzrə direktoru işdən çıxıb

21-06-2023
Azərbaycanda ilk dəfə: dənizdə mobil internet!

Azərbaycanda ilk dəfə: dənizdə mobil internet!

11-02-2021
Bakıda ödənişsiz  Wi-Fi olan dayanacaqların sayı artırılır

Bakıda ödənişsiz Wi-Fi olan dayanacaqların sayı artırılır

25-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə