Previous Next
Bağla

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib

15-05-2026 16:54
“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda İşçi qrupun rəhbəri və üzvləri, eləcə də özəl sektor nümayəndələri iştirak ediblər.

Xeberler.az bildirir ki, işçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov açılış çıxışı edərək Dünya Bankının “Business Ready (B-READY) 2025” hesabatında Azərbaycanın kommunal xidmətlər sahəsi, xüsusilə internet xidmətləri üzrə yüksək nəticə ilə qiymətləndirildiyini qeyd edib. O bildirib ki, müvafiq hesabatda Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 31,05 xalla 5-ci yerdə qərarlaşıb. Ümumilikdə kommunal xidmətlər indikatoru üzrə Azərbaycan 83,05 xalla 25-ci mövqedə qərarlaşıb və bu nəticə ilə region ölkələrini qabaqlayıb.

Toplantıda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi üzrə 2025-ci ildə görülən işlərə dair hesabat təqdim edilib.

İclasda sözügedən indikatorla bağlı təsdiqlənmiş 2026-cı ilin Yol Xəritəsi üzrə I rüb ərzində görülmüş işlərə dair hesabat da təqdim edilib və qarşıda duran vəzifələr müəyyən olunub.

İşçi qrupun rəhbəri biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

30-06-2025

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

28-01-2025

“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib

25-07-2024

Azərbaycan internet xidmətləri üzrə dünyanın TOP beşliyində yer alıb

06-01-2026

2022 – 2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

10-10-2022

İnternetə qoşulma və internet infrastrukturu müzakirə edilib

02-08-2023

“Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib

24-12-2024

“Ticarət informasiya portalı” gələn ildın tam fəaliyyətə başlayacaq

27-12-2024

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

30-05-2024

“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib

21-07-2024

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

11-07-2025

“Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirilib

10-06-2025

İKTA “B-Ready”nin “Kommunal xidmətlər” indikatoru üzrə icmal hazırlayıb

31-01-2024

“Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası keçirilib

24-12-2024

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

19-03-2025

“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

06-04-2025

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

08-10-2024

“Qlobal İnnovasiya İndeksi 2024”də “Fiziki infrastruktur”la bağlı göstəricilər müzakirə olunub

02-10-2024

“Qlobal İnnovasiya İndeksi 2024” ətraflı təhlil olunub

28-10-2024

RİNN-in rəhbərlik etdiyi Altqrupun görüşü baş tutub

22-02-2025

Ekspert: Dünya Bankı İnternet xidmətini də kommunal xidmətlər sırasına aid edib

10-10-2022

Fiziki infrastruktur işçi qrupu gələn ilin Fəaliyyət Planını müzakirə edib

25-12-2021

Beynəlxalq internet reytinqi reallığı nə dərəcədə əks etdirir? – Ekspert

08-01-2026

İKTA-da təcrübəçilərə beynəlxalq reytinqlərlə bağlı təlim keçilib

27-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə