Previous Next
Bağla

Beynəlxalq internet reytinqi reallığı nə dərəcədə əks etdirir? – Ekspert

08-01-2026 14:49
Beynəlxalq internet reytinqi reallığı nə dərəcədə əks etdirir? – Ekspert

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və “Aztelekom” son günlər beynəlxalq hesabatlara istinad edərək Azərbaycanda internet xidmətləri üzrə yüksək göstəricilər əldə olunduğunu açıqlayıb. Lakin bu məlumatların mövcud reallığı tam əks etdirmədiyi bildirilir.

Xeberler.az bildirir ki, Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz sosial şəbəkə hesabında paylaşdığı statusda qeyd edib ki, söhbət Dünya Bankının Business Ready (B-READY) 2025 hesabatında internet xidmətlərinin daxil olduğu kommunal xidmətlər (Utility Services) indikatoru üzrə nəticələrdən gedir. Onun sözlərinə görə, rəsmi qurumların açıqlamaları hesabatın yalnız bir hissəsini əhatə edir və ümumi mənzərəni dolğun şəkildə təqdim etmir.

Ekspertin sözlərinə görə, hesabatda internet xidmətlərinin ilk dəfə kommunal xidmətlər indikatoruna daxil edilməsi müsbət haldır. Bu göstərici üzrə Azərbaycan 83,05 bal toplayaraq 25-ci yerdə qərarlaşıb ki, bu da infrastrukturun mövcudluğu, qoşulma imkanları və əlçatanlıq baxımından kifayət qədər yaxşı nəticə hesab olunur.

Bununla belə, Osman Gündüz vurğulayıb ki, hesabat yalnız bu göstəricidən ibarət deyil. Operational Efficiency (Əməliyyat effektivliyi) indikatoru üzrə Azərbaycan 63,34 bal toplayıb. Bu göstərici internet xidmətlərinin real istifadəsi, yüksək tariflər, məcburi minimal paketlər və qiymət–keyfiyyət uyğunsuzluğu kimi amilləri əhatə edir.

Daha problemli vəziyyət isə Market Competition (Bazar rəqabəti) indikatorunda müşahidə olunur. Hesabata əsasən, Azərbaycan bu göstərici üzrə 45,28 bal toplayaraq aşağı qrupda yer alıb. Bu isə bazarda seçim imkanlarının məhdudluğunu, dominant provayderlərin mövcudluğunu və qiymətlərin rəqabət əsasında formalaşmamasını göstərir.

Ekspertin fikrincə, Business Ready 2025 hesabatı ümumilikdə onu göstərir ki, Azərbaycanda internet infrastrukturu genişdir və kommunal xidmət kimi formalaşıb, lakin qiymətlərin əlçatanlığı, real rəqabət mühiti və istehlakçı üçün seçim imkanları baxımından ciddi problemlər qalmaqdadır.

Osman Gündüz rəsmi qurumların yalnız müsbət bir göstəricini önə çəkərək digər zəif məqamları nəzərə almamasını və birtərəfli açıqlamalar verməsini təəssüf doğuran hal kimi qiymətləndirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan internet xidmətləri üzrə dünyanın TOP beşliyində yer alıb

06-01-2026

İKTA “B-Ready”nin “Kommunal xidmətlər” indikatoru üzrə icmal hazırlayıb

31-01-2024

İKTA-da təcrübəçilərə beynəlxalq reytinqlərlə bağlı təlim keçilib

27-05-2025

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

28-01-2025

İKT sektorunda tənzimləmə formal xarakter daşıyır – Ekspert rəyi

23-02-2026

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

30-06-2025

Ekspert: Dünya Bankı İnternet xidmətini də kommunal xidmətlər sırasına aid edib

10-10-2022

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018

Ekspert: Azərbaycan bir pillə geriləyib

22-02-2023

İKTA: “E-Şikayət” provayderlər üzrə xidmət keyfiyyətini müqayisə edir

29-01-2026

Azərbaycan elektron ticarətin inkişafı üzrə dünyada 65-ci yerdədir

17-02-2021

Freedom House yenə də Azərbaycan internetini qismən azad hesab edib- Ekspert rəyi

04-11-2015

“Azərbaycanın innovasiya ixracı hələ dünya səviyyəsinə çatmayıb” - Ekspert

23-09-2025

İnternetə qoşulma və internet infrastrukturu müzakirə edilib

02-08-2023

İKTA internet üzrə keyfiyyət göstəricilərini təqdim edib

29-11-2024

Xidmət səviyyəsinə görə sıfır bal toplayan dövlət qurumları var-ŞƏRH

10-02-2023

Osman Gündüz: Dövlət qurumları necə xidmət göstərirlər?

03-02-2022

İnternet istifadəçiləri göstəricisində Azərbaycanın yeri məlum olub

19-11-2018

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023

Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

30-12-2025

İnternet istifadəçiləri göstəricisinə görə ölkəmiz MDB-də liderdir

19-10-2018

Osman Gündüz: RİNN-in son 2 ildə apardığı "Rəqəmsal hökumət" siyasəti özünü doğruldubmu?

18-09-2024

Azərbaycan Doing Business 2019 hesabatında 4 pillə irəliləyib

02-11-2018

Ekspert: Nə üçün geriləmişik?

03-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə