Previous Next
Bağla

“Lui Vitton”un Britaniya bölməsi kiberhücuma məruz qalıb

11-07-2025 22:05
“Lui Vitton”un Britaniya bölməsi kiberhücuma məruz qalıb

“LVMH Moet Hennessy Louis Vuitton SA”nın Britaniya bölməsi kiberhücuma məruz qalıb, nəticədə bəzi müştəri məlumatları oğurlanıb.

Xeberler.az bildirir ki, bu barədə şirkət müştərilərinə məlumat verib.

Qeyd olunur ki, “Louis Vuitton UK” sistemlərinə icazəsiz giriş iyulun 2-də baş verib. Hakerlər adlara, istifadəçilərin əlaqə məlumatlarına və alış tarixçəsinə giriş əldə ediblər. Lakin hakerlərin maliyyə məlumatlarına, o cümlədən müştərilərin bank rekvizitlərinə çıxışı olmayıb.

“Məlumatlarınızın sizin zərərinizə istifadə edildiyinə dair heç bir sübut olmasa da, sizi mümkün fişinq, fırıldaqçılıq və ya məlumatınızdan icazəsiz istifadə cəhdləri barədə xəbərdar edirik”, - məlumatda bildirilir.

Şirkət kiberhücumla bağlı aidiyyəti qurumları da xəbərdar edib.

“Bloomberg” qeyd edir ki, bu, artıq son aylarda LVMH-yə üçüncü haker hücumudur. Məsələn, onun “Louis Vuitton Korea” bölməsi keçən həftə bəzi müştəri məlumatlarının oğurlanması ilə nəticələnən oxşar kiberhücumları araşdırdığını açıqlamışdı.

May ayında LVMH-ə məxsus “Christian Dior Couture” brendi də kiberhücum barədə məlumat vermişdi.

Bu ilin əvvəlində isə Britaniyanın moda pərakəndə satış şirkəti “Marks & Spencer” (M&S) böyük bir haker hücumuna məruz qalmış və bunun nəticələrini 300 milyon funt sterlinq dəyərində qiymətləndirmişdi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Facebook haker hücumuna məruz qalıb

08-02-2020

Avstraliyanın aviaşirkəti haker hücumuna məruz qalıb

02-07-2025

Yaponiya Hava Yolları şirkəti kütləvi kiberhücuma məruz qalıb

26-12-2024

İtaliyanın bəzi bank və qurumlarına kiberhücum edilib

13-01-2025

ABŞ Konqresinin Büdcə İdarəsi kiberhücuma məruz qalıb

07-11-2025

“Apple” istifadəçilərini haker hücumları barədə xəbərdar edəcək

26-11-2021

İran tarixinin ən böyük kiberhücumunu dəf edib

10-02-2020

Mark Zukerberq ziyanla üzləşib

27-06-2020

“Air France” haker hücumuna məruz qalıb

07-08-2025

"Stadler" kiberhücuma məruz qalıb

12-05-2020

Hakerlər Belçikanın hökumət saytlarına hücum ediblər

25-03-2025

Polşa Rusiyanın kiberhücum təşkil etməsindən şübhələnir

15-01-2026

Fransanın poçt sistemi kiberhücuma məruz qalıb

23-12-2025

Almaniyanın media şirkəti haker hücumuna məruz qalıb

22-07-2025

Britaniya Müdafiə Nazirliyi süni intellekt və haker bölmələrinə 1,35 milyard dollar xərcləyəcək

29-05-2025

Kiberhücuma məruz qalmış az. kodlu resursların sayı açıqlanıb

26-01-2023

Çinli hakerlər ABŞ Maliyyə Nazirliyinin sistemlərinə hücum edib

31-12-2024

BTQ-nin veb-səhifələri və sosial media hesabları kiberhücua məruz qalıb

08-01-2025

Çinin haker qrupu ABŞ-nin telefon dinləmə sistemlərinə hücum edib

05-10-2024

Hakerlər Britaniya telekommunikasiya şirkətinə hücum edib

23-10-2015

Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

04-10-2016

Çinli hakerlər Britaniyanın kritik infrastruktur şəbəkələrinə kiberhücumlar edib

16-10-2024

Bank hakerlərin hücumuna məruz qalıb

13-07-2018

ETX: Yerli təşkilatlardan birinə aid veb-resursa kiberhücum edilib

10-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə