Previous Next
Bağla

“Marketinq analizləri” mövzusunda növbəti təlim

27-05-2015 12:00
“Marketinq analizləri” mövzusunda növbəti təlim

Mayın 30-da Hədəf Təlim Klubunda “Marketinq analizləri”  mövsuzunda növbəti təlim keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, təlim marketinq üzrə mütəxəssis Ramil Cabbarovun təqdimatında keçiriləcək.

Təlim iştirakçıları marketinq mühiti, şirkətin mikro və makro mühiti, PEST analizi,  rəqiblərin təhlili , Porter-in 5 gücü modeli barədə məlumat alacaq, ADL Matrix, BSG Matrix, GE Matrix,  SWOT analiz məsələlərini öyrənəcəklər.

Həmçinin  daxili mühit amilləri -şirkətin güclü və zəif tərəfləri , xarici mühit amilləri –şirkətin imkanları və qarşılaşa biləcək təhlükələri  də müzakirə edəcəklər.
Qeyd edək ki,  Ramil Cabbarov  8 ildir marketinq sahəsində fəaliyyət göstərir. 2010-cu ildən etibarən peşəkar təlimçiliklə məşğuldur. O,  Bolqarıstan, Gürcüstan və Türkiyədə marketinq və reklam sahələri üzrə çalışıb.

Ramil Cabbarov Azərbaycanda bir sıra şirkət və dövlət qurumlarına koorporativ təlimlər, həmçinin konsultasiyalar verib. O, “American Marketing Assocation”, “USA Direct Marketing Association” və “USA Business Marketing Association” üzvüdür.

Ramil Cabbarov Türkiyənin Boğaziçi Universiteti və Sabancı Universitetində ixtisas artırma kursunu fərqlənmə ilə bitirib. The Wharton School of the University of Pennsylvania, Duke University, University of Illinois, Russia National Research University Higher School of Economics tərəfindən keçirilən marketinq və biznes üzrə distant kursları yüksək nəticə ilə bitirib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində innovativ marketinq kommunikasiyaları üzrə mütəxəssis vəzifəsində çalışır.
Təlimdə İştirak etmək üçün Hədəf kursunun Nizami filialında (Nizami m yaxınlığı Z. Əhmədbəyov Küç 2) qeydiyyatdan keçməlisiniz. Son qeydiyyat tarixi 29 may saat 19:00.

Hədəf Təlim Klubu martın 15-də yaradılıb.  Klub  tələbələr və müxtəlif sahələrdə işləyən gənclərin karyerasını inkişaf etdirməsinə dəstək göstərmək məqsədi ilə yaradılıb. Hədəf Təlim Klubu müxtəlif mövzularda tanınmış mütəxəsislərin, şirkət rəhbərlərinin və iş adamlarının təlimlərini hər həftə təşkil etməklə gənclərə və tələbələrə öz dəstəyini göstərməyə çalşır. Bununla yanaşı Klubda İT  mütəxəssislərinin  də təlimləri nəzərdə tutulur. Gənclərin İKT bacarığını inkişaf etdirib, bu bilikləri çalışdıqları sahələrə tətbiq etməyi üçün klubda müxtəlif  imkanlar yaradılıb.

Hədəf Təlim Klubu-nun təlimlərində iştirak etmək üçün Kluba üzv olmaq lazımdır. Üzvlük bir illikdir,yəni üzv olduqdan sonra bir il keçirlən təlimlərdə ödəniş etmədən iştirak etmək mümkündür.  

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Menecmenti öyrənmək istəyənlər üçün təlim keçiriləcək

20-05-2015

Marketinq sahəsində uğur qazanmaq istəyənlərin nəzərinə

04-10-2015

“Hədəf günləri” çərçivəsində 3-cü menecment təlimi başa çatdı

23-05-2015

Rəqəmsal marketinqlə bağlı təlim keçiriləcək

15-02-2018

Rəqəmsal marketinq üzrə konfrans keçiriləcək

30-09-2015

Rəqəmsal marketinqlə bağlı təlim keçirilib

23-02-2018

Startapların dəyərləndirilməsi ilə bağlı təlim keçiriləcək

04-11-2016

Bakıda xarici şirkət rəqəmsal marketinq təlimi keçirəcək

04-04-2016

Yüksək Texnologiyalar Parkında 10 həftəlik təlim

23-01-2015

Rəqəmsal marketinq sahəsi ilə bağlı ödənişsiz təlim

15-01-2016

Rəqəmsal Marketinq mövzusunda seminar keçiriləcək

07-01-2013

Nazirlikdə elektron marketinq üzrə işçi qrupu yaradılıb

28-10-2015

İKT üzrə yeni Təlim Mərkəzi fəaliyyətə başlayıb

12-04-2018

Türkiyəli mütəxəssis Bakıda seminar keçəcək

12-05-2018

İqtisad Universitetində Radio UNEC fəaliyyətə başlayacaq

25-06-2015

Sumqayıtda gənclər üçün İKT təlimlər keçirilir

26-12-2016

Hesab.az tələbələr üçün növbəti dəfə seminar təşkil edib

20-11-2019

Azercell kampaniyaları "Felis Azərbaycan"da 9 mükafat qazanıb

23-11-2022

BBF startaplar üçün təlimlərə başlayır

01-02-2016

Məşhur professor sahibkarlar üçün təlim keçib

21-06-2018

Sahibkarlığın tədrisi və innovativ təlim üsulları mövzusunda seminar keçirilib

14-02-2019

Nar əmək yarmarkasında iştirak edir

05-05-2018

Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb

14-10-2021

“Bugünün marketinqi” kitabı təqdim olunacaq

13-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə