Previous Next
Bağla

“Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi

30-09-2024 11:37
“Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi

Korporativ sosial məsuliyyət prinsipinə sadiq qalan və BMT Qlobal Sazişinin üzvü olan “Nar” Nyu-Yorkda keçirilən BMT Qlobal Sazişinin Liderlər Zirvəsində təmsil olunub. Tədbirdə iştirak “Nar”ın davamlı inkişafa və məsuliyyətli biznes təcrübələrinə olan sadiqliyini vurğulayır.

Ölkəmiz üçün xüsusi önəm daşıyan COP29 tədbiri ərəfəsində keçirilən zirvə qlobal iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində özəl sektorun roluna dair müzakirələr üçün mühüm platforma təqdim edib. “Nar” burada ESG (Ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) strategiyasının icrası ilə bağlı faydalı təcrübələr əldə edib və qarşıdakı tədbirlərdə bu sahədəki fəaliyyətlərini daha da genişləndirmək üçün imkanlar qazanıb.

"Nar"ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova zirvə çərçivəsində inklüzivlik və sosial məsuliyyət mövzularında çıxış edərək bildirib: “Biz sosial məsuliyyəti ön planda tutan bir şirkət olaraq, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə və iş mühitinə inteqrasiyasını dəstəkləyən layihələr həyata keçiririk. Bu, həm bərabərlik və inklüzivliyə töhfə verir, həm də cəmiyyətin müxtəlif təbəqələrinin inkişafına dəstək olmağa imkan yaradır. BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirakımız bu istiqamətdəki səylərimizi daha da gücləndirir".

Qeyd edək ki, “Nar” yerli telekommunikasiya sektorundan BMT Qlobal Sazişinə qoşulan ilk şirkət olaraq, tədbirdə yeni tərəfdaşlıqlar qurub və korporativ dayanıqlılıq trendləri barədə mühüm məlumatlar əldə edib. Bundan əlavə, mobil operator BMT Baş Assambleyası həftəsində keçirilən müxtəlif görüşlərdə də təmsil olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” BMT Qlobal Sazişi çərçivəsində “Uniting Business Europe 2023” tədbirində iştirak edib

11-10-2023

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

04-07-2022

Azercell BMT-nin Qlobal Sazişinə qoşulub

01-12-2023

“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi

24-11-2023

“Nar”ın dəstəyi ilə “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutub

06-10-2025

BMT-nin Qlobal Sazişinin prinsipləri müzakirə olunub

02-12-2019

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

20-04-2024

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

18-10-2024

Azercell-in növbəti ESG tədbiri baş tutdu

11-06-2024

Azərbaycanda həyata keçirilən sosial layihə beynəlxalq mükafat qazanıb

14-09-2023

“Nar” Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub

08-04-2026

“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib

05-11-2024

“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

02-12-2025

Nar-ın sosial layihələri bu il də davam edəcək

21-02-2019

“Nar” “Fərqli Fərdlər” Konqresində sosial layihələrlə bağlı təcrübəsini bölüşüb

14-03-2023

"Nar" qəbul imtahanlarının bitməsi münasibətilə abituriyentləri təbrik edir

17-07-2024

Nar-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər

03-12-2018

Nar-ın dəstəyilə eşitmə məhdudiyyətli insanlar artıq peşə sahibləridir

27-09-2019

Nar korporativ sosial məsuliyyət layihələrini davam etdirir

26-10-2018

“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır

19-06-2025

“Azerconnect Group” BMT-nin Qlobal Sazişinə qoşulub

05-11-2024

“Nar” ötən il sosial layihələrə 5 milyon manatdan çox investisiya yatırıb

10-04-2023

“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir

05-09-2025

“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

04-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə