Previous Next
Bağla

“Nar” və Azərbaycan Gənclər Fondu “GəncVİZYON” layihəsinə start verir

04-02-2026 13:03
“Nar” və Azərbaycan Gənclər Fondu “GəncVİZYON” layihəsinə start verir

Sərfəli mobil operator “Nar” Azərbaycan Gənclər Fondunun təşkil etdiyi, Gənclər Gününə həsr olunmuş “GəncVİZYON” ideyatonunun əsas tərəfdaşı qismində çıxış edəcək. Gənclərin düşüncə potensialının inkişafını və gələcəyə dair ideyalarının formalaşdırılmasını hədəfləyən layihə Azərbaycan gənclərini bir araya gətirərək onların bilik və bacarıqlarını nümayiş etdirməsi üçün imkan yaradır. “GəncVİZYON” gənclərin ideyalarını konseptual səviyyədə formalaşdıraraq təqdim etməsi üçün açıq və yaradıcı platforma rolunu oynayır.

Layihə çərçivəsində iştirakçılar komandalar şəklində gələcəyin təhsili və bacarıqlar, gənclərin məşğulluğu və sahibkarlıq, rəqəmsal gələcək və süni intellekt, sosial təşəbbüslər və könüllülük, eləcə də yaşıl və dayanıqlı gələcək kimi istiqamətlər üzrə ideyalar üzərində çalışacaq, mentorların dəstəyi ilə bu ideyaları inkişaf etdirərək münsiflər heyətinə təqdim edəcəklər. 18–29 yaş arası gənclərin iştirak etdiyi ideyatonun ideyaların formalaşması mərhələsi 4 fevral tarixində Bakı Konqres Mərkəzində baş tutacaq, final mərhələsi isə 6 fevralda keçiriləcək. Tədbir gənclərə komanda işi bacarıqlarını inkişaf etdirmək, peşəkar mentorlarla birbaşa ünsiyyət quraraq onların təcrübəsindən faydalanmaq və yaradıcı mühitdə öz baxışlarını təqdim etmək imkanı verəcək.

“Nar”ın bu layihəyə əsas tərəfdaş kimi qoşulması şirkətin korporativ sosial məsuliyyət strategiyasının mühüm tərkib hissəsidir. Mobil operator bu kimi təşəbbüslərlə gənclərin cəmiyyətin və ölkənin gələcək inkişafında fəal rol almasını dəstəkləyərək inklüziv və davamlı sosial mühitin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyur.
 
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu başa çatıb

09-02-2026

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

18-03-2026

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

18-05-2026

“Nar” Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub

08-04-2026

“Nar” sığınacaqda yaşayan uşaqların yaradıcılıq təşəbbüsünə dəstək olub

17-02-2026

“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş olub

30-04-2026

“Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd edib

07-11-2025

“Nar” və AzTU bu ilin əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirib

25-02-2026

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

21-01-2026

“Nar” qəbul imtahanının bitməsi münasibəti ilə abituriyentləri təbrik edir

26-07-2023

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

17-10-2025

“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

02-12-2025

“Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək olub

31-10-2025

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

23-12-2025

"Nar" SABAH Bilik yarışmasının keçirilməsinə dəstək oldu

03-11-2022

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

13-02-2026

"Nar" ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider olub

27-02-2026

“Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşdı

12-02-2026

“Nar”a yeni baş icraçı direktor təyin olunub

27-10-2025

"Nar"ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi

18-12-2024

"Nar" peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

12-03-2026

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

03-12-2025

"Nar"ın inklüziv layihəsi 500-dən çox şəxsi bir araya gətirib

17-03-2026

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

07-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə