Previous Next
Bağla

“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

10-02-2025 20:59
“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

Sosial layihələri ilə cəmiyyətdə xüsusi dəyər yaradan “Nar” jest dilinin inkişafına yönəlmiş təşəbbüslərinin davamı olaraq, bu ildən etibarən Azərbaycanda jest dili tətbiqinin ərsəyə gəlməsinə öz töhfəsini verir. “Nar”ın dəstək göstərdiyi bu layihə çərçivəsində mobil tətbiqin yaradılmasına ADA Universiteti və ADA Universiteti

Fondunun təşkilatçılığı, bp və onun tərəfdaşlarının dəstəyi ilə ötən ilin sentyabr ayında start verilib. Bu təşəbbüs inklüzivliyi təşviq edərək eşitmə və nitq məhdudiyyəti olan şəxslərin cəmiyyətin digər üzvləri ilə ünsiyyətini asanlaşdırır və onların tamamilə ödənişsiz və heç bir müəllimə ehtiyac olmadan jest dilini öyrənməsinə imkan yaradır. Mobil tətbiq üçün məzmunun hazırlanması və metodikanın seçilməsi isə “Karlara Dəstək” İctimai Birliyi tərəfindən icra edilir.

Tezliklə istifadəyə verilməsi planlaşdırılan tətbiqdə istifadəçilər jest dilini öyrənmək üçün müxtəlif imkanlardan yararlana biləcəklər. Jest dili tətbiqi dərs bölməsi vasitəsilə mövzular üzrə dərslər seçməyi təmin edəcək. Eyni zamanda, lüğət funksiyası istifadəçilərə jest dilində sözləri asanlıqla tapmağa, əlifba ilə işləmə funksiyası isə hərfləri öyrənməyə imkan yaradacaq. Tətbiqdə istifadəçi profilinin yaradılması, sevimli sözlərin seçilməsi və tədris prosesində irəliləyişin izlənməsi kimi əlavə funksiyalar da mövcud olacaq. Bununla yanaşı, video sürətini artırma, kamera funksiyası vasitəsilə jestləri təkrarlama və dərslərin öyrənilməsi üzrə irəliləyişləri göstərən tərəqqi çubuğu kimi innovativ funksionallıqlar tətbiqin əsas üstünlükləri olacaq.

Qeyd edək ki, “Nar” ölkəmizdə ilk dəfə vahid jestdili.az saytını ərsəyə gətirərək inklüziv cəmiyyətin qurulmasına töhfə verib və bu istiqamətdə dəstəyini jest dili tətbiqinin hazırlanması ilə davam etdirir. Mobil operator eşitmə və nitq məhdudiyyəti olan şəxslərin bilik və bacarıqlarını inkişaf etdirmək üçün uzunmüddətli sosial layihələr həyata keçirir. Məhz bu məqsədlə “Nar” jestdili.az saytını yaradıb, bununla yanaşı, paytaxtda və regionlarda davamlı təşkil olunan “Təlim məktəbi” layihəsini gerçəkləşdirib. Eyni zamanda, jest dilində sözlərin izahını əks etdirən “Səssiz dünyaya körpü” kitabını nəşr edib və “Canlı kitab” təşəbbüsünü həyata keçirib. Jest dili tətbiqinin hazırlanmasına dəstək verməklə isə “Nar” texnologiyanın gücündən istifadə edərək daha inklüziv və bərabər imkanlara malik cəmiyyətin formalaşmasına töhfə verməyə davam edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

09-10-2025

“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

19-05-2025

Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

05-03-2021

Azərbaycanda ilk jest dili lüğətinin veb-səhifəsinın hazırlanması işləri davam edir

18-06-2021

Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlanıb

24-09-2021

“Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir                     

23-09-2022

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

13-02-2026

"Nar"ın sosial layihəsi NETTY mükafatına layiq görülüb-Foto

20-12-2022

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

03-12-2025

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

21-01-2026

“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı

29-05-2024

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

23-09-2025

Azərbaycanda həyata keçirilən sosial layihə beynəlxalq mükafat qazanıb

14-09-2023

“Nar” “Fərqli Fərdlər” Konqresində sosial layihələrlə bağlı təcrübəsini bölüşüb

14-03-2023

Jest informatikasının problemləri və perspektivləri araşdırılıb

18-12-2024

Nar korporativ sosial məsuliyyət layihələrini davam etdirir

26-10-2018

Nar-dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək

29-11-2018

“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib

16-05-2025

Azərbaycanda jestləri tanıyan sistemlər hazırlanır

28-11-2022

Nar-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər

03-12-2018

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub

27-01-2025

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı

17-04-2025

İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

17-03-2025

Nar-ın dəstəyilə eşitmə məhdudiyyətli insanlar artıq peşə sahibləridir

27-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə