Previous Next
Bağla

“Nar Mobile”-dan kitab həvəskarları üçün onlayn müsabiqə

12-03-2015 16:20
“Nar Mobile”-dan kitab həvəskarları üçün onlayn müsabiqə

“Nar Mobile” cəmiyyətdə kitaba olan marağı artırmaq, kitabsevərləri dəstəkləmək üçün “Ali & Nino” kitab mağazaları şəbəkəsi ilə birlikdə “Ürəklə al, çox oxu” kampaniyası keçirir.

 Şirkətdən  Xəbərlər-ə verilən məlumata görə, kampaniya çərçivəsində “Ali & Nino” şəbəkəsinə daxil olan mağazalardan istənilən kitabı 25%, 30% və ya 40% endirimlə əldə etmək mümkündür. Bunun üçün “S”, “M” və ya “L” “Nar Turbo” internet paketlərindən birini əldə etmək kifayətdir.

 “Nar Mobile” eyni zamanda “Twitter” sosial şəbəkəsində də müsabiqə keçirmək qərarına gəlib.

 İndi azərbaycanlı “Twitter” istifadəçiləri oxumaq istədikləri və ya “Nar Mobile”-ın “Ürəklə al, çox oxu” kampaniyası çərçivəsində aldıqları kitablar haqqında tvitlər yazaraq müsabiqədə iştirak edə bilərlər. Tvit yazarkən,  “#NarlaOxu” heşteqindan istifadə edilməlidir, eyni zamanda, kitab haqqında tvitlə bərabər kitabın fotosunu da yükləmək olar. Müsabiqədə bütün mobil operatorların istifadəçiləri iştirak edə bilər.

 Qaliblər tvitləri ən çox retvit toplamış istifadəçilər arasından seçiləcək. Müsabiqənin qalibinə “Amazon Kindle Voyage”, 2-ci yeri tutan iştirakçıya “Amazon Kindle Fire HD 7”, üçüncü yerin sahibinə isə “Amazon Paperwhite” təqdim olunacaq. “Nar Mobile” kitaba olan həvəsi artırmaq üçün daha iki nəfərə hədiyyə verməyi planlaşdırır. Belə ki, retvitlərə əsasən, 4-cü və 5-ci yerləri tutan şəxslərin hər birinə “Ali & Nino” dükanlar şəbəkəsində keçərli olan 100 manat dəyərində hədiyyə kuponu təqdim ediləcək.

 Müsabiqə martın 11-dən aprelin 1-dək davam edəcək. Müsabiqədə iştirak edənlər @Nar_Mobile və @Aztwi hesabını izləməlidirlər. Tvitdə #NarlaOxu açar sözü yazılmalı və @Nar_Mobile hesabı qeyd edilməlidir. Bir iştirakçı müsabiqədə iştirak üçün istədiyi sayda tvit yaza bilər. Müsabiqə iştirakçısının müsabiqəyə həsr etdiyi tviti retvit edənlərin arasında botlar aşkar olunarsa, həmin iştirakçının retvitləri həqiqi sayılmayacaq. Müsabiqə iştirakçısı ən azı müsabiqə müddətində Azərbaycanda yaşamalıdır.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar futbol həvəskarları üçün müsabiqə elan edir

27-05-2019

"Nar Mobile-dan Hədiyyə Yağışı!" kampaniyasının ilk qalibləri

22-12-2010

Nar-dan Bilik günü münasibətilə müsabiqə

15-09-2018

Nar-dan Bayraq Günü ilə əlaqədar abunəçilərinə hədiyyə

09-11-2018

Nar abunəçilərinə Nar bayramında iştirak şansı verir

31-10-2018

Nar-la bağlı suallara cavab ver və 250 danışıq dəqiqəsi qazan

10-10-2018

Nar Mobile Xoş Bazar Günləri kampaniyasına start verdi!

07-12-2009

Nar Mobile 3G+ xidmətlərini təqdim edir

12-11-2010

Nar-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

19-09-2018

«Nar Mobile» yeni hədiyyə kampaniyası

02-04-2009

Mingəçevirdə yeni «Nar Mobile» Mərkəzi açılıb

20-05-2009

Nar Mobile növbəti beynəlxalq rominq sazişlərini imzalayıb

11-11-2009

«Azerfon» şirkəti yeni «Nar Mobile» Mərkəzi açıb

21-04-2009

«Nar Mobile»ın yeni regional mərkəzi açılıb

01-07-2009

Nar Mobile-dan «Sərfəli Bahar» endirim kampaniyası

07-03-2009

“Nar Mobile” nömrəsi alan hər bir yeni abunəçi mobil telefon əldə etmək üçün real imkan qazanacaq.

24-11-2010

Nar Mobile növbəti beynəlxalq rouminq müqavilələrini imzalayıb

09-09-2009

Nar Mobile ucqar Xınalıq kəndini dünyaya qoşur

21-10-2010

Nar abunəçiləri üçün Novruz kampaniyası

19-03-2019

Nar Mobile yeni Tarif Planı təqdim etdi!

05-02-2009

Sumqayıtda “Nar Mobile”ın yeni mərkəzi açılıb

26-12-2008

Nar Mobile-dan yeni kampaniya

24-06-2010

Nar Mobile-dan xəbər var

16-12-2008

Nar Mobile yeni abunəçilər üçün 50% qədər güzəşt imkanı yaradır

10-12-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə