“OpenAI” şirkəti öz payının 5 faizini ABŞ hökumətinə vermək imkanını müzakirə edib və digər aparıcı süni intellekt inkişafetdiricilərini də oxşar addımı nəzərdən keçirməyə çağırıb. Təşəbbüs Amerika vətəndaşlarının süni intellekt sənayesinin inkişafından maddi cəhətdən faydalanmasına imkan yaratmaq məqsədi daşıyır.
Xeberler.az “Financial Times” qəzetinə istinadən məlumat verir ki, məsələ ABŞ-də süni intellektin sürətli inkişafından əldə edilən iqtisadi faydaların ədalətli bölüşdürülməsi ilə bağlı artan müzakirələr fonunda müzakirə olunur.
İyun ayında ABŞ Prezidenti Donald Tramp administrasiyanın vətəndaşlara ən böyük süni intellekt şirkətlərində səhmlərə sahib olmağa imkan verəcək mexanizmləri araşdırdığını açıqlayıb.
“OpenAI” əvvəllər süni intellekt inkişafetdiricilərinə investisiya qoyacaq və gəlirin bir hissəsini ictimaiyyətə paylayacaq milli investisiya fondu yaratmağı təklif etmişdi. Bu arada, “Anthropic” süni intellekt sektorundan vergi gəlirləri hesabına maliyyələşdirilən vətəndaşlara ödənişlər olan “rəqəmsal dividend” mexanizmini tətbiq etməyi düşündüyünü bildirib.
Nəşrin məlumatına görə, “OpenAI” şirkətinin baş direktoru Sem Altman ABŞ-nin aparıcı süni intellekt şirkətlərinin kapitallarının 5 faizini neft gəlirləri hesabına maliyyələşdirilən və ştat sakinlərinə illik dividend ödəyən Alyaska Daimi Fonduna bənzər struktura yatırmağı təklif edib.
“Financial Times” qeyd edir ki, Altman bu təşəbbüsü Prezident Donald Tramp, ticarət katibi Hovard Lutnik, maliyyə katibi Skott Bessent və senator Berni Sanderslə müzakirə edib.
Nəşrin məlumatına görə, “OpenAI” və “Anthropic” şirkətləri, həmçinin mümkün fond bazarlarına mümkün çıxış üçün hazırlıqları davam etdirir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları