Previous Next
Bağla

“Robotlar da insanlar kimi vergi ödəməlidir”

20-02-2017 14:19
“Robotlar da insanlar kimi vergi ödəməlidir”

Məlum olduğu kimi, artıq insanların bir çox sahələrdə gördükləri işi robotlar da görə bilir. Hər gün inkişaf etdirilən robotların bacardıqları işlərin sayı artır.

Jurnalistlər Microsoft-un qurucusu Bill Gates-ə robotlarla bağlı sual verib.

Bill Gates də suala maraqlı cavab verib və bu yanaşmasını əsaslandırıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, "Robot vergisi" haqqında Quartz-a  müsahibə verən Bill Gates-ə belə bir sual ünvanlanıb:

“Hansısa fabrikdə çalışan bir insan 50 min dollarlıq iş görəndə qazandığı gəlirə görə vergi ödəyir. Bəs yaxşı, eyni iş bir robot tərəfindən ediləndə də vergi ödənməlidir?”.

 Bill Gates isə bu sual “bəli “ cavabını verib.

Əlbəttə Gates robotların insanlar kimi maaşla, nizamlı olaraq gəlir vergisi ödəməsini nəzərdə tutmur.

Ekspertlər hesab edir ki, bu gün robot işçilərin insanların gördüyü bir çox işi edə bilməsi müdirlər üçün xərclərə ciddi bir qənaət olsa da, hökumətlər üçün böyük bir vergi itkisiylə nəticələnəcək.

Bu vergi itkisini kompensasiya edəcək yeni bir vergi həlli təklifini müsbət dəyərləndirən Bill Gates, bununla da insanlara daha uyğun olan işlərin maliyyələşdirilməsinin daha doğru olacağını hesab edir.

Gates-ə görə, hökumətlər bir növ robot vergisi də tətbiq edə bilər. Bu vergilərdən əldə edilən gəlir isə insan əməyinə ehtiyacı olan digər işlərə xərclənə bilər. Gates bunlara yaşlı insanlara qulluq, məktəbdə oxuyan uşaqlarla məşğul olmaq kimi  fəaliyyətləri əlavə edib.

Gates robot vergisi və ya əlavə məhsul vergisi kimi yeni qaydaların istehsalçıları qorxutmayacağına da əmindir.

Bundan daha pisi isə hazırda robotların inkişafı insanların gözündə işsizlik kimi mənfi nəticələri olacaq bir yenilik kimi görünür.

Gates bu prosesin sağlam bir şəkildə davam etməsi üçün hökumətlərin streteji  bir şəkildə davranıb və ehtiyatlı olmalarını vurğulayıb.

Onun sözlərinə görə, hökumətlər öncə bunu hansı formada və necə bir proqramla edəcəklərinə əmin olmalıdır.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bill Gates sərvətini kimə bağışlayacaq?

03-02-2016

Sizcə 1980-ci ildə Bill Gates və Steve Jobsu nə işlə məşğul idi?

11-10-2010

Bill Gates DJ-lik karyerasına başladı

27-02-2016

Dünyanın ən zəngin insanı kimdir?

01-08-2017

Gates xəbərdarlıq etdi: “Bitcoin ölümlərə səbəb olur”

28-02-2018

Bill Gates seriala çəkiləcək

21-02-2018

100 milyard dollarlıq sərvətini ailəsi ala bilməyəcək

24-01-2018

Bill Gates gələcəyin 3 əsas peşəsini açıqlayıb

26-12-2016

Instagram-ın ən zəngin yeni istifadəçisi

15-08-2017

Bill Gates: “Övladlarıma 14 yaşa qədər mobil telefon almadım”

24-04-2017

Bill Gates gününü necə keçirir?

23-08-2017

Qadınlar texnologiyada daha çox yer alacaq- Yeni layihə

03-10-2016

Texnologiya nəhəngləri təmiz enerji sahəsinə 1 milyard ayırır

12-12-2016

Bill Gates: “Bu ideya uğurlu deyil”

25-09-2017

Texnologiya nəhənglərinin övladları-Foto

27-11-2017

Bill Gates-in 18 il əvvəl verdiyi və reallığa çevrilən proqnozlar

07-07-2017

Facebookun qurucusu Simpsonlar ailəsinin üzvü oldu

08-10-2010

Microsoftun qurucusundan humanist addım

17-07-2010

Albert Eynşteyn süni intellekt barədə danışıb

08-11-2017

İT sahəsinin məşhurları planeti təmiz enerji ilə təmin edəcək

30-11-2015

Panasonic yaşlı insanlar üçün robot yataqlar istehsal edir

06-10-2010

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin vergi öhdəliyi nədir?

24-05-2023

“Amazon”da işləyən robotların sayı oradakı insanların sayını keçə bilər

01-07-2025

Avtomatlaşdırılmış kafe açılıb

03-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə