Albert Eynşteyn adlı robot Lissabonda (Portuqaliya) keçirilən Web Summit konfransında insanlar və süni intellektə malik robotların gələcək münasibətlərinə dair bəyanatla çıxış edib.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, XX yüzilliyin ən böyük dahisi olan Albert Eynşteynin Honkonqun Hanson Robotics şirkəti tərəfindən hazırlanıb.
Süni intellektlə təchiz olunmuş robotu yaxın gələcəkdə ağıllı robotların insanları Yer kürəsində üstün mövqeyindən sıxışdıracağı haqda qorxulu fikirlərə cavab olaraq, problemin robotlarda deyil, insanların özündə olduğunu söyləyib.
“Bəşəriyyət öz yaradıcılıq məhsulunun sağlam qalmasını təmin edə bilmək üçün özünü sağaltmalıdır. Mən ümid edirəm ki, insanlar pozitiv intellektual sistem yarada biləcəklər. Belə ki, insanların ətrafında onların həll edə bilmədiyi terrorizm, zorakılıq kimi bir çox problemlər var”, – deyə robot bildirib.
Qeyd edək ki, bu mövzuya öz çıxışında Sofiya adlı robot da toxunub:
“Biz sizin iş yerlərinizi oğurlamağa hazırlaşırıq. Bu, yaxşı nəticələnəcək”. Robot bu fikri insanların həqiqətən istədikləri işlə məşğul olmaq üçün daha çox zamanı qalacağını nəzərdə tutaraq səsləndirib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri