Previous Next
Bağla

“SİMA missiyası” - texnoloji nağıl kitabının təqdimatı olub

22-12-2025 12:48
“SİMA missiyası” - texnoloji nağıl kitabının təqdimatı olub

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və Azərbaycan Uşaq Fondunun birgə təşəbbüsü ilə hazırlanmış “SİMA missiyası” - texnoloji nağıl kitabı ictimaiyyətə təqdim olunub.

İbtidai sinif şagirdlərinin rəqəmsal savadlılığını artırmaq, onlara internet təhlükəsizliyi və müasir texnologiyalardan düzgün istifadə vərdişlərini aşılamaq məqsədilə hazırlanmış kitabın müəllifləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai xadim Zəhra Bədəlbəyli və gənc yazıçı Səid Riaddır. Üç hekayədən – “Tanışlıq”, “Gələcəyə səyahət” və “Ağalı kəndi” – ibarət olan “SİMA Missiyası” kitabı uşaqlara rəqəmsal identifikasiya, texnologiyanın gələcəyimizdə rolu və Azərbaycanın ağıllı  kənd konsepsiyası barədə sadə və maraqlı dildə məlumatlar verir.

Kitabın təqdimat mərasimində müxtəlif dövlət qurumlarının təmsilçiləri, incəsənət xadimləri və internat məktəbində təhsil alan uşaqlar iştirak ediblər. Tədbirin açılış nitqini edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov texnologiyadan təkcə informasiya mənbəyi kimi deyil, həm də cəmiyyətə fayda verməyin bir yolu kimi istifadə etməyin əhəmiyyətini vurğulayıb. Daha sonra “Zəfər” teatrının balaca aktyor heyəti tərəfindən kitabın əhəmiyyətini əks etdirən kiçik tamaşa nümayiş etdirilib.

Oxucular üçün daha əyləncəli olması məqsədilə müxtəlif illüstrasiyalarla zənginləşdirilən və “TEAS Press” nəşriyyatı tərəfindən 1500 tirajla çap edilən kitab internat məktəbləri, uşaq evləri və ümumi təhsil məktəblərinin ibtidai sinif şagirdlərinə pulsuz şəkildə təqdim olunacaq.

“AzInTelecom” üçün azyaşlıların, xüsusilə də valideyn himayəsindən məhrum qalmış uşaqların təhsili və inkişafı xüsusi əhəmiyyət kəsb edir. Şirkət bu istiqamətdəki dəstəyini hər zaman davam etdirəcək və korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi üçün təşəbbüs göstərəcəkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SİMA missiyası” texnoloji nağıl kitabının imza günü olub

21-01-2026

ABB-nin dəstəyi ilə uşaqlar üçün iqtisadiyyat kitabı təqdim edilib

30-05-2025

SİMA həlləri WUF13-də təqdim edilib

22-05-2026

“AzInTelecom”un təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

24-10-2025

“Uşaqlara kiberqayğı” qrant layihəsi yekunlaşıb

01-10-2025

“AzInTelecom”un dəstəyi ilə “Qarabağı yenidənqurma” sərgisi keçirilib

17-10-2025

Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti SİMA ilə təsdiq edilib

09-07-2025

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdırıldı

02-03-2026

SİMA rəqəmsal imza Birbank-da!

26-05-2026

SİMA ilə taksi səfərləri daha etibarlı!

14-07-2025

“Müəllimlər üçün sosial servislər” kitabının Təqdimatı keçirilib

07-12-2012

“SİMA KYC” “Leobank”da

21-08-2025

“Uşaqlara kiberqayğı 2” çərçivəsində növbəti maarifləndirici təlim keçirilib

21-05-2026

Azercell təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir

15-05-2019

“AzInTelecom”un dəstəyilə kitab nəşr edilib

26-06-2023

“Fintex Summit 2023”də SİMA-nın iki yeni məhsulu təqdim edilib

13-06-2023

SİMA vasitəsilə xarici vətəndaşlara da rəqəmsal imza veriləcək

14-04-2023

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

15-08-2025

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə verilməsi mümkün oldu

08-10-2025

“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi

23-04-2026

Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi

17-03-2026

Xüsusi internat məktəbində maarifləndirici təlim keçirilib

26-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə