Previous Next
Bağla

“SpaceX” orbitə daha 20 internet peyki çıxarıb

25-09-2024 12:26
“SpaceX” orbitə daha 20 internet peyki çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 20 ədəd “Starlink” peykini orbitə çıxarıb.

Xeberler.az məlumat verir ki, daşıyıcı raket sentyabrın 24-də ABŞ-ın Sakit okean vaxtı ilə saat 21:01-də Kaliforniyadakı Vandenberq bazasından start götürüb. Raketin artıq onuncu dəfə istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” platformasına şaquli eniş edib.

“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 7 mindən çox peyk buraxıb. Hazırda onların 6,4 mindən çoxu işlək vəziyyətdədir.

Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın mini-peyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SpaceX” internet peyklərinin 200-cü qrupunu orbitə çıxarıb

31-10-2024

"SpaceX" internet peyklərinin yeni qrupunu orbitə çıxarıb

03-12-2025

“SpaceX”in internet peyklərinin yeni qrupu orbitə çıxarılıb

12-11-2024

“SpaceX” orbitə daha 26 internet peyki çıxarıb

13-05-2025

“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb

21-05-2025

“SpaceX” iki gün ərzində 52 ədəd “Starlink” peykini orbitə çıxarıb

26-09-2025

“SpaceX” 22 “Starlink” peykini orbitə çıxardı

16-09-2023

“SpaceX” kompaniyası daha 47 internet peykini orbitə çıxaracaq

22-06-2023

“Starlink”in daha 26 internet peyki orbitə çıxarılıb

16-05-2025

24 "Starlink" internet peykindən ibarət qrup orbitə çıxarılıb

15-02-2026

"SpaceX" 29 ədəd "Starlink" mini peykini orbitə çıxarıb

19-01-2026

“SpaceX” İndoneziyanın rabitə peykini orbitə çıxarıb

19-06-2023

"SpaceX"in raketi "Starlink"in bir qrupu ilə orbitə çıxıb

05-12-2025

“SpaceX” 22 ədəd “Starlink” mini peykini orbitə çıxarıb

02-02-2025

"SpaceX" orbitə 21 peyk göndərdi

04-09-2023

"Starlink" internet peyklərindən ibarət onlarla qrup orbitə çıxarılıb

05-01-2026

Növbəti "Starlink" internet peykləri orbitə çıxarılıb

30-03-2023

“SpaceX” “Starlink” internet peyklərinin 15-ci partiyasını orbitə buraxıb

11-05-2023

“Starlink” Qətərdə istifadəyə verilib

08-07-2025

“Starlink” peyklərinin növbəti partiyası orbitə çıxarılacaq

25-08-2023

"SpaceX" şirkəti 72 mini peyki uğurla orbitə çıxarıb

13-06-2023

“Starlink” internet peyklərinin yeni qrupu orbitə çıxarılıb

27-10-2024

“SpaceX” Avropanın iki naviqasiya peykini orbitə çıxarıb

18-09-2024

“Amazon”un internet peyklərinin ilk qrupu orbitə çıxarılıb

29-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə