Previous Next
Bağla

“Starlink” peyk xidmətlərinin Azərbaycanda nə vaxt aktivləşəcəyi məlum olub

18-05-2023 14:20
“Starlink” peyk xidmətlərinin Azərbaycanda nə vaxt aktivləşəcəyi məlum olub

ABŞ-ın “SpaceX” şirkətinə məxsus “Starlink” peyk xidmətləri Azərbaycan ərazisində bu ilin IV rübündə - oktyabr-dekabr aylarında aktivləşəcək.

"Report" bu barədə telekommunikasiya bazarındakı mənbəyə istinadən xəbər verir.

Xatırladaq ki, bu il oktyabrın 2-6-da Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi planlaşdırılır.

"Starlink" hələlik xidmətinin və avadanlıqlarının qiymətlərini açıqlamasa da, depozit məbləğini müəyyən edib. Belə ki, peyk xidmətlərindən istifadə etmək istəyənlər bunun üçün öncədən sifariş vermək üçün 9 ABŞ dolları (15,3 manat) ödəməli olacaqlar. Müştəri fikrini dəyişdiyi zaman “SpaceX” həmin məbləği geri qaytaracaq.

“Starlink” Azərbaycan ərazisində fəaliyyətə başlamağın tənzimləyicinin təsdiqindən asılı olduğunu qeyd edib və hər bir əhatə dairəsi daxilində sifarişləri "birinci gələnə birinci xidmət" prinsipi əsasında yerinə yetirəcəyini bəyan edib.

Mayın 9-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") "SpaceX" arasında "Starlink"in internet xidmətlərinin Azərbaycanda da əlçatan olması ilə bağlı müqavilə imzalanıb. Sənədə "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov və "SpaceX”ın prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) imza atıb. Razılaşmaya əsasən, Azərbaycan tərəfi şirkətin korporativ sahədə və gəmilərdə internet təchizatına dəstək verəcək.

Qonşu ölkələrə gəlincə isə “Starlink” Gürcüstanda isə bu ilin II rübündə aktiv olacaq. Ermənistan və Türkiyədə isə xidmətə qoşulmaq 2024-cü ildən mümkün olacaq. Rusiya və İran isə adıçəkilən qurumun fəaliyyət planlarına daxil deyil.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Starlink"in Azərbaycan üçün öncədən sifariş qiyməti açıqlanıb

15-05-2023

“SpaceX”in peykləri Azərbaycanda internet təchizatı həyata keçirə biləcək

09-05-2023

“SpaceX”ın prezidenti: “Starlink” internet xidməti Azərbaycanda korporativ sektorda və dənizdə dəstəklənəcək”

09-05-2023

“Starlink” internet servisi bu tarixdən Azərbaycanda əlçatan olacaq

16-05-2022

“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb

29-03-2025

“SpaceX” Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəstək verəcək

09-05-2023

“SpaceX”in “Starlink”i 4 milyon müştəriyə çatdı

27-09-2024

İlon Mask “Starlink”in Azərbaycanda fəaliyyətə başlamasını elan edib

29-03-2025

“Starlink” Qətərdə istifadəyə verilib

08-07-2025

“SpaceX” “Starlink” internet peyklərinin 15-ci partiyasını orbitə buraxıb

11-05-2023

"SpaceX" 29 ədəd "Starlink" mini peykini orbitə çıxarıb

19-01-2026

Daha bir ölkə “Starlink” peyk rabitəsinə qoşulub

05-02-2026

"SpaceX" orbitə 21 peyk göndərdi

04-09-2023

Starlink və Azərbaycan peyk internetinin işə salınması barədə danışıqlar aparır

07-06-2023

“Starlink” internet şəbəkəsində nasazlıq yaranıb

15-09-2025

İlon Mask "Starlink Azerbaijan"ın rəhbərinə yeni vəzifə verib

27-03-2023

Pentaqon “SpaceX” ilə müqavilələr imzalayıb

07-12-2024

“Starlink” peyklərinin növbəti partiyası orbitə çıxarılacaq

25-08-2023

Azərbaycanın yeni peykləri orbitə “Falcon” raketləri ilə buraxıla bilər

09-05-2023

“Starlink”də problem yaranıb

19-08-2025

“SpaceX” iki gün ərzində 52 ədəd “Starlink” peykini orbitə çıxarıb

26-09-2025

Nazir Rəşad Nəbiyev “Starlink”in nümayəndəsi ilə görüşüb

21-08-2024

“SpaceX” 22 “Starlink” peykini orbitə çıxardı

16-09-2023

İlon Mask Ukraynanı “Starlink” peykindən ayırmayacaq

10-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə