Previous Next
Bağla

“Startap” şəhadətnaməsi üçün müraciətlərin qəbuluna başlanıldı

23-04-2021 17:47
“Startap” şəhadətnaməsi üçün müraciətlərin qəbuluna başlanıldı

Movqe.az-ın məlumatına görə, bu gündən etibarən “Startap” şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.

Müraciətlər Agentliyə yazılı formada (Ünvan: AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) və ya elektron qaydada ([email protected]) təqdim edilməlidir. Müraciət etmək üçün müvafiq ərizə forması və lazım olan digər sənədlər barədə məlumatlar KOBİA-nın rəsmi internet səhifəsində yerləşdirilib - https://bit.ly/3dETJqw.

Qeyd edək ki, “Startap” şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.

Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən “Startap” şəhadətnaməsi vergi ödəyicisi olan mikro və ya kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən orta və ya iri sahibkarlıq subyektinin təsisisçisi olarsa, həmin təsisçinin hüquqi şəxsdə payı 49%-dən çox olmamalıdır.

“Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməyən məhsul (xidmət) istehsalı üçün təqdim edilir.

“Startap” şəhadətnaməsini əldə etmək üçün KOBİA-ya daxil olmuş ərizə həmin gün qeydiyyata alınır. Ərizəyə və ona əlavə edilmiş sənədlərə Agentlikdə ümumilikdə 30 gün müddətində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur. Ekspertlər Şurasının rəyi əsasında Agentlik “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Məlumat üçün bildirək ki, Ekspertlər Şurasında İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri və müstəqil ekspertlər təmsil olunur

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ötən il 59 sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

27-01-2026

Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-04-2024

I rübdə 16 sahibkara "Startap" şəhadətnaməsi verilib

20-04-2026

Startap şəhadətnaməsi daha çox hansı sahələr üzrə verilib?

17-04-2023

Azərbaycanda I yarımildə 13 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

03-08-2023

Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib

31-03-2022

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib

21-07-2023

Daha 8 qurum Startap şəhadətnaməsi alıb

13-10-2023

Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-01-2025

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin əksəriyyəti mikro sahibkarlardır

28-07-2025

Daha 4 mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

04-04-2024

Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

29-05-2025

Azərbaycanda daha 5 sahibkara “Startap” şəhadətnaməsi verilib

27-10-2023

Sahibkarlara “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir

23-05-2022

İndiyədək 90-na yaxın “Startap” şəhadətnaməsi verilib

09-02-2023

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb

05-08-2025

Daha 4 KOB subyektinə startup şəhadətnaməsi verilib

08-05-2025

Daha 3 mikro və kiçik sahibkara "Startap" şəhadətnaməsi verilib

05-01-2023

Azərbaycanda daha 5 startap mənfəət və gəlir vergisindən azad edilib

13-03-2024

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib

14-10-2025

Azərbaycanda daha 3 sahibkara “Startap” şəhadətnaməsi verilib

05-05-2023

Daha 5 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

30-12-2023

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb

06-06-2024

Daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

01-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə