Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində SABAH qruplarının tələbələri üçün “Startap Günləri” keçirilir. Tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Startup Azerbaijan-ın tərəfdaşlığı ilə təşkil olunub. Onun ikinci günü intensiv və məhsuldar fəaliyyətlə davam edib.
Dünən olduğu kimi, ikinci gündə də tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, tədris məsələləri üzrə prorektor Sübhan Namazov və SABAH qruplarının nümayəndələri iştirak ediblər.
Səhər saatlarından etibarən ilk gün seçilmiş 7 komanda ekspert və mentorların dəstəyi ilə layihələri üzərində işi davam etdirib. Günün birinci yarısı layihələrin inkişafına və prototiplərin hazırlanmasına həsr olunub. Komandalara prototipin hazırlanması, komanda işi və təqdimatın strukturu barədə ətraflı məlumat verilib. Onlara münsiflər qarşısında çıxışda diqqət edilməli əsas məqamlar da izah olunub. Həmçinin püşkatma yolu ilə komandaların təqdimat sırası müəyyən edilib.
Günün ikinci yarısında komandalar hazırladıqları layihələri münsiflər heyəti qarşısında 5 dəqiqəlik təqdimatlarla nümayiş etdiriblər. Münsiflər heyətinin tərkibində bu şəxslər olub:
Layihələr innovativlik, aktuallıq, texniki əsaslandırma, komanda işi və reallaşdırma potensialı meyarları üzrə qiymətləndirilib.
Qiymətləndirmənin nəticələrinə əsasən qaliblər müəyyənləşib:
1-ci yer — “Oyunchu” komandası. Layihə oyunların idarə olunmasını və kommunikasiyanı vahid ekosistemdə birləşdirən platformadır. Komanda üzvləri: Elgün Şükürov, Nurgül Məhərrəmova, Aysel Mansurlu, Osman Sadıqov, Nərgiz Nağı, Zəhra Əzizova, Elbəy Qasımov.

2-ci yer — “Codigo” komandası. Layihə kodlaşdırmaya yeni başlayanlar üçün öyrənmə platformasıdır. Komanda üzvləri: Əli Nuri, Nurəli Qasımlı, Bəylər Bayramov, Günay İmanzadə, Elmir Ağaverdiyev.

3-cü yer — “Road Sim” komandası. Layihə yeni sürücülər üçün təlim platformasıdır. Komanda üzvləri: Nihad İsmayılzadə, Leyla İsmayılova, Rəvan Təhməzli, Arzu İsrafilova, Etibar Aslanov.

Bu dəfəki “Startap Günləri”nin digər tədbirlərdən bir fərqi də var idi: layihəsini ən fəal və inamlı şəkildə müdafiə edən iştirakçı fərdi olaraq mükafatlandırıldı. AzTU-nun SABAH qruplarının 1-ci kurs tələbəsi, “Act 2 Lang” komandasının üzvü İqbal Mirzəyev layihəsini uğurla müdafiə etdiyinə görə xüsusi mükafata layiq görülüb.
Tədbir yekun mükafatlandırma mərasimi ilə başa çatıb. Qalib komandaların üzvlərinə qiymətli hədiyyələr, diplomlar və sertifikatlar təqdim olunub. Mükafatları AzTU rəhbərliyi, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev və mentorlar təqdim ediblər.
Qeyd edək ki, “Startap Günləri”nin əsas məqsədi ölkədə startap ekosisteminin inkişafına töhfə verməkdir. Tədbir həm də gənclərin innovativ düşüncə və sahibkarlıq bacarıqlarını inkişaf etdirməyə, onlara yeni layihələr formalaşdırmaqda və real biznes mühitinə inteqrasiya olunmaqda dəstək göstərməyə yönəlib.



























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları