"Startap Günləri"nin 2-ci günü baş tutub

25-01-2026 / 10:13

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində AzTU, Türkiyə–Azərbaycan Universiteti (TAU) və Milli Aviasiya Akademiyasının tələbələrinin iştirakı ilə keçirilən Startap Günlərinin ikinci günü intensiv və məhsuldar fəaliyyətlə davam edib.

Xeberler.az bildirir ki, səhər saatlarından etibarən əvvəlki gün seçilmiş 8 komanda ekspert və mentorların dəstəyi ilə layihələri üzərində işləməyə başlayıblar. Bu mərhələdə mentorlar Fərid Kazımov, Samir Həbibli, Rahid Ələkbərli, Rasim Abdullayev, Rəşad Əliyev, Əli Mustafayev və Türkanə Bağışova komandaların yanında olaraq onlara layihələrin formalaşdırılması, düzgün istiqamətin seçilməsi və təqdimat bacarıqlarının inkişafı ilə bağlı məsləhətlər veriblər.

Komandalar prototipin hazırlanması, komanda işi, təqdimatın strukturu və münsiflər qarşısında çıxış zamanı diqqət edilməli əsas məqamlar barədə ətraflı məlumatlandırılıblar. Günün birinci yarısı layihələrin inkişafına, ikinci yarısı isə təqdimatların hazırlanmasına həsr olunub.

Günün sonunda komandalar hazırladıqları layihələri 4–5 dəqiqəlik təqdimatlar şəklində münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Layihələr innovativlik, aktuallıq, texniki əsaslandırma, komanda işi və reallaşdırma potensialı meyarları üzrə qiymətləndirilib.

Münsiflər heyətində Fərid Kazımov, Samir Həbibli, Rahid Ələkbərli, Rasim Abdullayev və Rəşad Əliyev yer alıblar.

Qiymətləndirmə nəticələrinə əsasən, bu Startap Günlərini əvvəlkilərdən fərqləndirən mühüm məqamlardan biri olaraq iki komandanın 2-ci yerə layiq görülməsi qərara alınıb. Qalib komandalar aşağıdakı kimi müəyyən olunub:

1-ci yer – “Timeless History”
(AzTU və Milli Aviasiya Akademiyasının tələbələri)
Əlimərdanova Ayan Vəfadar
Məmmədzadə Rəşad Ramil
Novruzlu Mətin Samir
Əliazdə Azər Zaur
Əli Abdulrəhim Elşən

2-ci yer – “Youth.az”
(AzTU tələbələri)
Haşumov Tərlan Bahadur
Mirzəyev Sənan Əfqan
Səfərli Həcər Ramin
Əliyev Nihad İlham
Qarayeva Mənsumə Afəddin

2-ci yer – “Skill Match”
(AzTU tələbələri)
Əzizova Ləman Elnur
Quliyeva Əsma Mənsur
Bünyadzadə Hüseyn Rəşad
Məmmədova Nərmin Vilayət
Mustafayeva Nərmin İsmayıl
Mehtizadə Vaqif Sənan
Zeynalov Nihad Taleh

3-cü yer – “Nexo”
(TAU və AzTU tələbələri)
Səbzəliyev Ömər Rüfət
Niftalıyev Murad Alik
İsmayıllı Məmməd Ceyhun
İsmayılova Zərəngiz Aqil
Məmmədov Nihad Vüqar
Bəşirli Ömər Taryel
Aslanova Arzu İldırım

Tədbirin sonunda Startap Günlərinin yekun təqdimat mərasimi keçirilib. Qalib komandaların üzvlərinə diplom və sertifikatlar Azərbaycan Texniki Universitetinin rəhbərliyi, Azərbaycan İnternet Forumunun prezidenti, AzTU İnkubasiya Mərkəzinin koordinatoru və mentorlar tərəfindən təqdim olunub.

Startap Günləri ölkədə milli startap infrastrukturunun gücləndirilməsi, gənclərin innovativ layihələrə cəlb olunması, yeni startapların formalaşmasına dəstək verilməsi və startap ekosistemi daxilində əməkdaşlıqların genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə