Previous Next
Bağla

“Startap Günləri”nin ikinci günü qaliblər müəyyənləşib

16-05-2026 20:00
“Startap Günləri”nin ikinci günü qaliblər müəyyənləşib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində AzTU, Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrinin iştirakı ilə keçirilən “Startap Günləri”nin ikinci günü intensiv fəaliyyət və layihə təqdimatları ilə davam edib.

Xeberler.az bildirir ki, tədbirin ikinci günündə əvvəlki mərhələdə seçilmiş 7 komanda ekspert və mentorların dəstəyi ilə layihələri üzərində işləyib. Gün ərzində iştirakçılar startap ideyalarının inkişaf etdirilməsi, prototiplərin hazırlanması və yekun təqdimat mərhələsinə hazırlıq istiqamətində fəaliyyət göstəriblər.

Komandalara prototip hazırlığı, komanda işi, təqdimat strukturunun qurulması və münsiflər qarşısında çıxış zamanı diqqət edilməli əsas məqamlarla bağlı ətraflı məlumat verilib. Günün ilk yarısı layihələrin inkişafına, ikinci yarısı isə təqdimatların hazırlanmasına həsr olunub. Eyni zamanda püşkatma yolu ilə komandaların çıxış sıralaması müəyyən edilib.

Daha sonra komandalar hazırladıqları layihələri münsiflər heyəti qarşısında 5 dəqiqəlik təqdimatlar şəklində nümayiş etdiriblər. Təqdimatlar münsiflər — Fərid Kazımov, Orxan ƏhmədovAysel Sadıqova tərəfindən innovativlik, aktuallıq, texniki əsaslandırma, komanda işi və reallaşdırma potensialı meyarları üzrə qiymətləndirilib.

Qiymətləndirmənin nəticələrinə əsasən:

  • 1-ci yer — “Quadra” komandası (BDU tələbələri)

  • 2-ci yer — “MentorMind” komandası (AzTU tələbələri)

  • 3-cü yer — “Revu” komandası (AzTU tələbələri)

Tədbirin sonunda yekun təqdimat və mükafatlandırma mərasimi keçirilib. Qalib komandaların üzvlərinə müxtəlif qiymətli hədiyyələr, diplomlar və sertifikatlar AzTU rəhbərliyi, Azərbaycan İnternet Forumunun prezidenti, AzTU İnkubasiya Mərkəzinin koordinatoru və mentorlar tərəfindən təqdim olunub.

Bu il “Startap Günləri”nin fərqləndirici məqamlarından biri də öz layihəsini ən fəal və inamlı şəkildə müdafiə edən iştirakçının ayrıca mükafatlandırılması olub. AzTU-nun İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin I kurs tələbəsi, “SpotOn” komandasının üzvü Səkinə Bədirova uğurlu təqdimatına görə xüsusi mükafata layiq görülüb.

Qeyd edək ki, “Startap Günləri”nin əsas məqsədi ölkədə startap ekosisteminin inkişafına dəstək vermək, gənclərin innovativ düşüncə və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, onların yeni layihələr formalaşdırmasına və real biznes mühitinə inteqrasiyasına şərait yaratmaqdır.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Günləri-nin qalibləri seçilib

24-11-2025

Startap Günləri-nin qalibləri seçilib

06-12-2025

"Startap Günləri"nin 2-ci günü baş tutub

25-01-2026

“Startap Günləri”nə rəsmi start verilib!

15-05-2026

AzTU komandası “Bitget Hackaton – Startap” müsabiqəsinin qalibi olub

19-05-2025

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

20-01-2026

AzTU-da Startap Günləri başa çatıb

13-04-2019

“Startap Günləri”nin ilk günü start götürüb

24-01-2026

AzTU -da “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib

24-11-2025

"Startap Azərbaycan"ın tərəfdaşlığı ilə “Startap Günləri” start götürüb

05-12-2025

Sabah qrupları üçün “Startap Günləri” infosessiyası keçirilib

25-11-2025

“Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub

16-01-2026

Sabah növbəti Startap Günləri başlayır

05-04-2018

“Bitget Hackaton – Startap” müsabiqəsinin finalı keçirilib

19-05-2025

Startap Günləri bitdi-Qaliblər

07-04-2018

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

11-05-2026

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026

KOBİA AzTU tələbələrinin startapına “Startap” şəhadətnaməsi verib

27-04-2026

AzTU-nun rektoru beynəlxalq yarışda uğurqazanan tələbələrlə görüşüb

04-04-2026

Startap Günləri davam edir-Foto

07-04-2018

AzTU-da Startap Günləri-nin başlanmasına son 1 gün qaldı

11-04-2019

Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib

27-04-2019

AzTU-da Startap Günlərinə hazırlıq davam edir

02-04-2018

Lənkəran Dövlət Universitetində Startap Günləri keçiriləcək

22-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə