Startap Günləri davam edir-Foto

07-04-2018 / 11:32

Məlum olduğu kimi, hazırda Azərbaycan Texniki Universitetində (AzTU) Startap Günlərinin ikinci günü keçirilir.

Xeberler.az bildirir ki, bu gün gənc startapçılar üçün yerli ekspertlərin iştirakı ilə təlimlər keçirilib.

Həmçinin, komandaların İT sektorunda tanınmış simalarla görüşü də baş tutub.

Belə ki,startap sektorunda yaxından tanıdığımız, son günlərin ən uğurlu startapı Keepface-in həmtəsisçilərindən Elşad Yusifli layihə barədə komandlara ətraflı məlumat verib.

O, sıfırdan startap qurmaq, layihəni inkişaf etdirib qlobal bazara çıxmaqla bağlı tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Elşad Yusifli Keepface-in xaricdən 300 min ABŞ dolları investisiya almasını da geniş şərh edib.

Sektorda bir neçə layihəsi ilə tanınan, kriptovalyuta üzrə araşdırmaçı Orxan Əhmədov startapa yeni başlayanda diqqət edilməsi vacib olan məqamları bölüşüb.

Orxan Əhmədov startap layihələrinin təqdimat məsələsi ilə bağlı diqqət edilməli olan məqamları bölüşüb.

O, iştirakçılara prototiplərin hazırlanmasını izah edib.

Hazırda komandalar mentorların və ekspertlərin köməyi ilə bizes ideyaların reallaşması üzrə layihələrinin ilkin variantlarını hazırlamağa davam edir.

Ekspert və mentorlar komandalara birbaşa dəstək və məsləhətlər verir.

Qeyd edək ki, bu gün, yekunda bu layihələrin münsiflər qarşısında təqdimatları və yarışı təşkil olunacaq.

Layihələr peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Texniki Universitetin, eləcə də təşkilatçıların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Startap Günlərinin keçirilməsində məqsəd ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək və startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.

Startap Günləri Startap Azərbaycan və AzTU-nun təşkilatçılığı ilə keçirilir. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişafı Dövlət Fondu dəstək verir.


 

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə