Previous Next
Bağla

“Startup Azərbaycan” layihəsi çərçivəsində “Startup Məktəbi”nin yaradılması nəzərdə tutulub

18-10-2013 10:13
“Startup Azərbaycan” layihəsi çərçivəsində “Startup Məktəbi”nin yaradılması nəzərdə tutulub
Bakıda noyabrın 7-9-da "Startup Azərbaycan"  layihəsi çərçivəsində "Startup Günləri" keçiriləcək.
Azərbaycan İnternet Forumundan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, "Startup Günləri"nin əsas məqsədi  yeni startupların yaradılmasına kömək etmək, yeni formalaşmaqda olan  startupçıları, startup komandalarını internet bazarın spesifik xüsusiyyətləri ilə tanış etmək,  startupçılar arasında əlaqələri gücləndirməkdir.
 
"Startup Günləri"ndə yeni fəaliyyətə başlayan startupçılar üçün təlimlərin keçirilməsi,  onların uğurlu startup layihələrin rəhbərləri ilə görüşlərinin təşkili və yeni ideyalar ətrafında startup komandalarını formalaşdırmaqla yeni startup layihələrinin hazırlanması nəzərdə tutulur.
Komandalar iştirakçılar arasından seçilməklə formalaşdırılacaq.   Bu startup komandalarının uğurlu fəaliyyətinin təmin edilməsi məqsədilə   İT və internet biznes sahəsində tanınmış mütəxəssislərdən – "mentor"lardan ibarət ekspert qrupları formalaşdırılacaq. Komandaların hazırladığı layihələrin yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Fərqlənənlərə qiymətli hədiyyələr təqdim olunacaq.
"Startup Günləri"ndə internet biznesi qurmağı yenicə planlaşdıranlar, artıq yeni onlayn biznesə başlayan gənc sahibkarlar, gənc startapçılar, yeni İT şirkətlərin təmsilçiləri, biznes-ideya daşıyıcıları, İT sahəsində çalışan tələbələr, developerlər, proqramçılar, dizaynerlər iştirak edə bilər.
"Startup Günləri" çərçivəsində keçirilməsi nəzərdə tutulan müzakirələrdə dövlət və özəl sektorun nümayəndələri, İT mütəxəssisləri, uğurlu startup rəhbərləri, texnoparkların təmsilçiləri iştirak edəcəklər.
"Startup Günləri"nin gedişində  davamlı olaraq fəaliyyət göstərən "Startup Məktəbi"nin yaradılması nəzərdə tutulur. "Startup Məktəbi"ndə gənc startupçılar üçün internet biznesin inkişafı və spesifik xüsusiyyətləri, investorların tapılması və onların sərmayə yatırımı ilə bağlı inam yaradılması istiqamətində təlimlərin keçirilməsi planlaşdırılıb.
"Startup Günləri"nin 3 gün davam edəcəyi nəzərdə tutulub.
Xatırladaq ki, "Startup Günləri"nə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "Yüksək Texnologiyalar Parkı"  dəstək verir. "Startup Günləri"nin baş sponsoru "Bakcell" şirkətidir.  "İnfi Pro" şirkəti də "Startup Günləri" layihəsinin dəstəkçisidir. (ictnews.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Startup Günləri keçiriləcək

Startup Günləri keçiriləcək

15-10-2013
Yeməkləriniz USB ilə isti qalsın!!!

Yeməkləriniz USB ilə isti qalsın!!!

06-12-2008
“Startup Azərbaycan 2014” Təşkilat Komitəsinin toplantısı keçiriləcək

“Startup Azərbaycan 2014” Təşkilat Komitəsinin toplantısı keçiriləcək

12-03-2014
“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

28-02-2013
“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

19-11-2013
Samsung şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək

Samsung şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək

26-10-2013
Bakıda Startup Günləri  keçirilir

Bakıda Startup Günləri keçirilir

07-11-2013
Nintendoda Disney Land

Nintendoda Disney Land

12-11-2008
İnternetdə ən populyar Azərbaycan sözünü tapan YUMROO istifadəçisi bəlli oldu!!!

İnternetdə ən populyar Azərbaycan sözünü tapan YUMROO istifadəçisi bəlli oldu!!!

02-03-2009
Smartfonların hansı qüsurları var?

Smartfonların hansı qüsurları var?

05-04-2012
Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

01-05-2009
Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

04-11-2013
Saytların sayı 650 milyona çatıb

Saytların sayı 650 milyona çatıb

03-04-2013
Ən təhlükəsiz brauzerlər məlum olub

Ən təhlükəsiz brauzerlər məlum olub

16-03-2013
Ən keyfiyyətli internet Yaponiyadadır

Ən keyfiyyətli internet Yaponiyadadır

18-09-2008
Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013
Yeni internet Forum!

Yeni internet Forum!

10-12-2008
Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

27-11-2013
Opera Mobile 9.7 istifadəyə verildi

Opera Mobile 9.7 istifadəyə verildi

11-06-2009
“Twitter” istifadəçilərin məlumatlarını Milli Təhlükəsizlik Agentliyindən qoruyur

“Twitter” istifadəçilərin məlumatlarını Milli Təhlükəsizlik Agentliyindən qoruyur

25-11-2013
“Snayper” fotoaparat istehsal ediləcək

“Snayper” fotoaparat istehsal ediləcək

17-06-2009
Azərbaycan internet xidmətləri provayderlərinin reytinqinə yeni provayder daxil olub

Azərbaycan internet xidmətləri provayderlərinin reytinqinə yeni provayder daxil olub

04-04-2014
Opera Azərbaycan dilinə Tərcümə oluna bilər

Opera Azərbaycan dilinə Tərcümə oluna bilər

02-05-2009
iPodunu soğanla şarj etdi

iPodunu soğanla şarj etdi

01-12-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə