Previous Next
Bağla

“The Banker” ABB-ni bu il də “İlin bankı” elan etdi!

13-12-2024 10:48
“The Banker” ABB-ni bu il də “İlin bankı” elan etdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “The Banker” jurnalı 2024-cü ilin nəticələrinə görə "İlin bankı” mükafatının qaliblərini elan edib. Azərbaycan üzrə “İlin bankı” nominasiyasına ABB layiq görülüb. ABB bu mükafatı strateji inkişaf nailiyyətlərinə, o cümlədən tətbiq etdiyi yeni texnologiyalara, innovativ məhsul və xidmətlərinə, güclü maliyyə göstəricilərinə görə qazanıb.

2024-cü il üzrə “İlin bankı” mükafatına layiq görülmüş banklar sırasında Commerzbank, HSBC, OTP Bank, UniCredit Bank, BBVA, Türkiyə İş Bankası, Société Générale və başqa nüfuzlu banklar da yer alıb. Daha ətraflı məlumatlarla buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, ABB 2001, 2002, 2003, 2004, 2006, 2007, 2009, 2010, 2021,  2022, 2023-cü illərdə də bu mükafata layiq görülüb.

“The Financial Times” qəzetinə aid olan “The Banker” jurnalı 1926-cı ildən nəşr edilir. Jurnalın 2000-ci ildən təqdim etməyə başladığı “İlin bankı” mükafatı bankçılıqda mükəmməllik standartına çevrilib. Bu mükafatı beynəxalq nüfuzuna görə “Bankçılıq sektorunun Oskarı” kimi də qəbul edirlər.

“İlin bankı” mükafatı hər il dünyanın 120-dən çox ölkəsini əhatə edir. Seçim regional və sektor ekspertlərinin, eləcə də redaktorlar heyətinin birgə qərarı ilə aparılır. Bankların strateji təşəbbüsləri, texnologiyaları, məhsul və xidmətləri əsas meyar kimi götürülür. Mükafatın təqdimatı tədbirində hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı bankların rəhbər şəxsləri iştirak edir. Bu baxımdan, “The Banker” jurnalının “İlin bankı” mükafatının təqdimatı tədbiri qlobal səviyyədə maliyyə sektorunun ən böyük toplantılarındandır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İlin bankı” ABB olub

04-12-2025

“Global Finance” ABB-ni yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!

04-05-2026

“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçib

13-05-2025

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

21-07-2025

ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!

10-02-2026

Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq platformasında hesabla

17-12-2024

ABB-dən gənclər üçün “FaydaMania” ilə qazanc fürsəti!

14-03-2025

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024

ABB “İlin əqdi” mükafatını qazanıb

02-12-2025

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başlayıb

04-06-2025

ABB-nin iştirakı ilə 31 000-dən çox ağac əkilir!

29-04-2025

ABB rəqəmsal bankçılıqda liderdir

18-02-2025

Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

07-10-2025

ABB ABA-nın 6 mükafatını qazanıb

15-04-2025

ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir

27-04-2026

ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb edib

29-04-2026

ABB mobile tətbiqi yüksək təhlükəsizlik sertifikatı alıb

02-12-2024

ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

24-07-2025

ABB SIBOS 2025 beynəlxalq konfransında!

29-09-2025

ABB “SIBOS-2024” beynəlxalq sərgi-konfransında təmsil olunur

21-10-2024

ABB Mastercard-ın 2 mükafatını qazandı

06-05-2024

ABB mobile tətbiqində istifadəçilərə yeni funksiya təqdim olunub

20-11-2024

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

19-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə